1905-1906-cı il soyqırımları...

XX əsrin əvvəllərindən başlayaraq ermənilərin təcavüzü daha geniş miqyas almağa başlamışdır.1905-1906-ci illərdə Rusiyadakı inqilabi prosesslərdən və mərkəz tərəfindən nəzarətin zəifləməsindən istifadə edən ermənilər Bakı, Zəngəzur, İrəvan, Naxçıvan, Ordubad, Eçməidzin, Cavanşır və Qazaxda Azərbaycanlılara qarşı kütləvi soyqırımlar, talanlar törətmiş və dinc insanları yurdlarından didərgin salmışdılar.
Ümumilikdə 1905-1906-ci illərdə ermənilər Gəncə və Qazax quberniyalarında 200 kənd, Şuşa,Cəbrayıl və Zəngəzur quberniyalarında 75 kənd, İrəvan və Gəncə quberniyalarında isə 200-dən artıq yaşayış məntəqəsini viran qoymuşdular.
Bu hadisələrin baş verməsini sübut edən faktlar xüsusilə M.S.Ordubadinin “Qanlı illər”, M.M.Nəvvabın “1905-1906-cı illərdə erməni -müsəlman müharibəsi”kitablarında əksini tapmışdır.

Tarixdə bugün:

Azərbaycan Milli Şurası və hökuməti tərəfindən 1918-ci il may ayının 28-də Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyi elan edildikdən 19 gün sonra iyun ayının 16-da hökumət Tiflisdən Gəncə şəhərinə köçürülür. Bakı şəhəri bolşeviklərdən azad olunana qədər 3 ay ərzində Hökumət fəaliyyətini şəhər bələdiyyə binasında davam etdirir.Gəncə şəhərinin müvəqqəti olaraq Cumhuriyyətin paytaxtı olunması barədə dünyanın əsas siyasi mərkəzlərinə rəsmi bəyanatlar göndərilir.

1918 ci il mayın 28 də Azərbaycanın Milli Şurası tərəfindən qəbul edilmiş İstiqlal Bəyannaməsi

1. Bu gündən etibarən Azərbaycan xəlqi hakimiyyət həqqinə malik olduğu kibi Cənubi-Şərqi Zaqafqaziyadan ibarət Azərbaycan dəxi kamil-əl-hüquq müstəqil bir dövlətdir.
2. Müstəqil Azərbaycan dövlətinin şəkili-idarəsi Xalq Cümhuriyyəti olaraq təqarrür ediyor.
3. Azərbaycan Xalq Cümhuriyyəti bütün millətlər və bilxassə həmcüvar olduğu millət və dövlətlərlə münasibəti – həsənə təsisinə əzm edər.
4. Azərbaycan Xalq Cümhuriyyəti millət, məzhəb, sinif, silk və cins fərqi gözləmədən qələmrəvində yaşayan bütün vətəndaşlarına hüquqi-siyasiyyə və vətəniyyə təmin edər.
5. Azərbaycan Xalq Cümhuriyyəti ərazisi daxilində yaşayan bil cümlə millətlərə sərbəstanə inkişafları üçün geniş meydan buraxır.
6. Məclisi-Müəssisan toplanıncaya qədər Azərbaycan idarəsinin başında arai-ümumiyyə ilə intixab olunmuş Şurai Milli və Şurai-Milliyə qarşı məsulhökuməti-müvəqqəti durur.

28 May – Respublika Günü

Azərbaycan xalqının azadlıq və müstəqillik mübarizəsi tarixinə qızıl hərflərlə həkk olunmuş 28 May 1918-ci il milli qürur hissi duyduğu bir tarixi gündür. Xalqımız bu tarixdə çar Rusiyasının bir əsrdən artıq davam edən müstəmləkə əsarətindən azad olmuş, Şərqin ilk demokratik respublikasının təməlini qoymuşdur. Azərbaycan Xalq Cümhuriyyəti ölkəmizin çoxəsrlik sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafının, xalqımızın milli oyanışı və dirçəlişi proseslərinin məntiqi nəticəsi kimi meydana çıxmışdır. Azərbaycanın istiqlaliyyətinin elan edilməsində, Xalq Cümhuriyyətinin təşəkkül tapmasında və fəaliyyət göstərməsində milli hökumətimizə rəhbərlik etmiş şəxslərin – M. Rəsulzadənin, Ə. Topçubaşovun, F.Xoyskinin, H.Ağayevin, N.Yusifbəylinin, S.Mehmandarovun, Ə.Şıxlinski və başqalarının böyük xidmətləri olmuşdur..
Demokratik hüquq və azadlıqların bərqərar olması, etnik və dini mənsubiyyətdən asılı olmayaraq bütün vətəndaşların bərabər hüquqlarının tanınması, hətta bir çox Avropa ölkəsindən daha əvvəl qadınlara seçki hüququnun verilməsi, Azərbaycan dilinin dövlət dili elan edilməsi, təhsil və mədəniyyətin inkişafına xüsusi diqqət göstərilməsi, nizami milli ordunun yaranması və sair işlər Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin yürütdüyü siyasətin miqyasını və mahiyyətini əyani şəkildə səciyyələndirmişdir.
Lakin 1920-ci il aprelin 28-də Sovet Rusiyasının müdaxiləsi nəticəsində 23 aylıq fəaliyyətindən sonra türk dünyasının ilk müstəqil dövləti süquta uğramış və Azərbaycanda sovet hakimiyyəti qurulmuşdur.
Azadsevər xalqımız1991-ci ildə yenidən öz müstəqilliyini elan etmişdir.Azərbaycanın son otuz ildən artıq bir dövrünü əhatə edən bu illər ərzində xalqımızın həyatının bütün sahələrində dirçəliş baş vermişdir.Müasir Azərbaycan dövləti Azərbaycan Xalq Cümhuriyyətinin varisidir.

Azərbaycan Respublikasının Təhsil naziri cənab Emin Əmrullayev, Türkiyə Cümhuriyyətinin Təhsil naziri cənab Ziya Selçuk, Türkiyənin Azərbaycana yeni təyin edilmiş fövqəladə və səlahiyyətli səfiri cənab Cahit Bağçı və digər rəsmi şəxslər Quba rayonunda səfərdə olublar.

Səfər çərçivəsində Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”ni də ziyarət edən qonaqlar İlk öncə 1918-ci il soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri düzmüş , daha sonra Kompleksin muzeyi ilə tanış olmuşlar. Rəsmi qonaqlara erməni vandallarının 1918-ci ildə Azərbaycanda törətdikləri insanlığa sığmayan cinayət əməlləri -soyqırımı haqqında ətraflı məlumat verilmişdir.
Sonda gələn ziyarətçilərə soyqırımı hadisələrini özündə əks etdirən kitab və bukletlər təqdim edilmişdir.
 

360 GÖRÜNTÜ

<iframe src=”https://www.google.com/maps/embed?pb=!4v1623736134726!6m8!1m7!1sCAoSLEFGMVFpcE5odGdXVWNSRFpqQ0dlZlV1dFhYVU1UTEFMQ3M5cTRjU0dFNEM0!2m2!1d41.3623894!2d48.4933775!3f36.38909875114426!4f0.4359903043787483!5f0.7820865974627469″ width=”600″ height=”450″ style=”border:0;” allowfullscreen=”” loading=”lazy”></iframe>

1918-ci ildə Azərbaycanlılara qarşı soyqırımının həyata keçirilməsinin təşəbbüskarı və rəhbəri olmuş, bolşevik donuna bürünmüş qatı daşnak həmin dövrdə Bakı Sovetinin rəhbəri Stepan Şaumyanın etirafları :

Şaumyan özü 1918-ci ilin mart-aprel aylarında Azərbaycanlıların soyqırımını açıq şəkildə etiraf etdi. Faciəli mart 1918-ci il hadisələrindən sonra Sovet Rusiyası hökumətinə hesabatında bildirdi: Fürsətdən istifadə etdik … və bütün cəbhə boyu bir hücum açdıq … onsuz da silahlı qüvvələrimiz var idi – təxminən 6 min nəfər . Daşnaksütyun da təxminən 3-4 min milli hərbi hissələri var idi. Onlarda bizim tabeçiliyimizdə idi. Sonuncunun iştirakı vətəndaş müharibəsinə qismən milli qırğın xarakteri verdi, ancaq bundan qaçınmaq üçün bir imkan yox idi. Biz buna bilərəkdən gedirdik … “.
Mənbə: Shaumyan S.G. Seçilmiş əsərlər. – M., 1978, c.2, səh. 246

Türkiyə Jandarma Genel Komutanlığının polkovnikləri cənab Nuradəddin Altıntaş, cənab Ekrem Mengi və cənab Onur Bakınhan Quba şəhərində "Soyqırımı Memorial Kompleksi"ni ziyarət etmişlər.

Qonaqlar ilk öncə 1918-ci il soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri düzmüş, daha sonra isə Kompleksin muzeyi ilə tanış olmuşlar. Onlar erməni vandalizmini özündə əks etdirən sənəd və fotoşəkillər ilə tanış edilmiş, soyqırımın ümumbəşəri cinayət olduğunu qeyd olunaraq tarixi faktlar diqqətlərinə çatdırılmışdır. Xatirə kitabına qeydlər edən cənab Ekrem Mengi gördüklərindən çox təsirləndiyini bildirmiş və Allahdan soyqırımı qurbanlarına rəhmət diləmişdir. Sonda qonaqlara soyqırımı hadisələrini özündə əks etdirən kitab və bukletlər verilmişdir.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında 18 May Beynəlxalq Muzeylər Günü münasibətilə “Azərbaycan muzeyləri dünən və bu gün- mədəni sərvətlərimizin saxlanc yerləri” adlı tədbir keçirilmişdir.

Tədbir çərçivəsində filialda Heydər Əliyev Mərkəzinın açılışı həyata keçirilmişdir. Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin direktoru Rəxşəndə Bayramova tərəfindən yeni yaradılmış Mərkəzə Soyqırımı hadisələrini özündə əks etdirən müxtəlif kitab və albomlar hədiyyə edilmişdir.

Soyqırımı Memorial Kompleksinin təşkilatçılığı ilə "18 may Beynəlxalq Muzeylər günü"nə həsr edilmiş elmi seminar keçirilmişdir

Seminarda AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Etnoqrafiya elmi-fond şöbəsinin elmi işçisi Aygün xanım Quliyevanın “Milli AzərbaycanTarixi Muzeyinin Etnoqrafiya fondunda mühafizə olunan Qubaya dair materiallar” mövzusunda mühazirəsi dinlənilmişdir. Mühazirə zamanı A.Quliyeva fondda qorunan sənəd eləcə də fotoşəkillər əsasında bir çox tarixi məqamlara diqqət yönləndirərək xronoloji ardıcıllıqla Quba tarixinə dair toplanmış materialları izləyicilərə təqdim etmişdir.

18 may - Beynəlxalq Muzeylər Günüdür Hər il mayın 18-i dünya ölkələrində Beynəlxalq Muzeylər Günü kimi geniş qeyd edilir

Beynəlxalq Muzeylər Şurası (ICOM) tərəfindən xalqlar arasında mədəni mübadilə və əməkdaşlığın inkişafına kömək məqsədilə təsis olunmuş bu bayram hər il müxtəlif deviz altında keçirilir. Bu il Beynəlxalq Muzeylər Günü “Muzeylər bərabərlik üçün: müxtəliflik və inklüzivlik” mövzusuna həsr olunub.
Beynəlxalq Muzeylər Günü ICOM-un təşəbbüsü ilə 1977-ci ildə təsis edilib. Bu günün məqsədi muzeylərin cəmiyyətin həyatında nə dərəcədə mühüm rol oynadığını göstərməkdir.
Bu bayram qədim tarixə və zəngin mədəniyyətə malik Azərbaycanda da geniş miqyasda qeyd edilir.
Eramızdan əvvəl XVI əsrdə Krit, XIII-XII əsrlərdə Çin, III əsrdə Qədim Roma və Yunanıstanda estetik dəyərə malik əşyaların, əsərlərin, sənədlərin saxlandığı məkanların müasir muzeylərin sələfləri hesab olunduğunu nəzərə alaraq, ölkəmiz ərazisində qurulmuş Atropatena və Albaniya dövlətləri hökmdarlarının saraylarını da belə yerlər kimi qeyd etmək yerinə düşər. Erkən və orta əsrlərdə isə Azərbaycanda hakim sülalələr tərəfindən kolleksiyaçılıq ənənələrinə maraq güclənib, qiymətli əşyalar xəzinələrdə, saray kitabxanalarında mühafizə edilib.
Azərbaycanın ictimai-siyasi, mədəni həyatında XIX əsrin ikinci yarısından etibarən sürətlə cərəyan edən proseslər muzey işinin təşkilinə təkan verib. İlk belə muzeylərdən biri görkəmli ədib Cəlil Məmmədquluzadənin təşəbbüsü və yaxından iştirakı ilə XIX əsrin sonlarında Naxçıvanın Nehrəm kənd məktəbində təşkil olunub.
Ötən əsrin əvvəllərində isə Bakıda, xalq məktəbləri müdiriyyəti nəzdində pedaqoji, həmçinin Ümumrusiya Texniki Cəmiyyətinin Bakı şöbəsi nəzdində qapalı muzeylər yaradılıb. Lakin Nehrəm kəndindəki muzey istisna olmaqla, adları qeyd edilən məkanlar çarizmin mənafeyinə uyğun fəaliyyət göstərib. Təsadüfi deyil ki, Azərbaycanda aşkar edilən qiymətli arxeoloji əşyalar Tiflis, Moskva, Peterburq muzeylərinə göndərilib. Azərbaycanda dövlət səviyyəsində 1919-cu ildə – Xalq Cümhuriyyətinin dövründə təməli qoyulmuş ilk milli muzey 1920-ci ildən Azərbaycan Dövlət Muzeyi kimi fəaliyyət göstərib.
Sovet hakimiyyətinin ilk illərində Hacı Zeynalabdin Tağıyev, Murtuza Muxtarov, Musa Nağıyev kimi Bakı milyonçularından müsadirə edilmiş qiymətli sənət əsərləri bu muzeyin eksponatları olub. H.Z.Tağıyevin mülkündə yerləşən Milli Azərbaycan Tarix Muzeyinin binasının özü də tariximizdən xəbər verən daş abidə kimi qiymətlidir. Ona görə də bu yerə bəzən “Muzey içində muzey” də deyirlər.
Ötən əsrin 30-cu illərindən etibarən bir-birinin ardınca mahiyyətinə görə müxtəlif təmayüllü – dövlət, memorial, səyyar, ədəbiyyat, incəsənət, tarix, musiqi, qoruq, teatr muzeyləri yaradılıb. Sonrakı illərdə Azərbaycanda yeni muzeylər fəaliyyətə başlayıb.
erməni işğalından azad olunmuş doğma və canlı muzey olan Şuşada işğaladək 8 muzey fəaliyyət göstərib. Hazırda bərpa işləri aparılan Dövlət Qarabağ Tarixi Muzeyi, dahi bəstəkar Üzeyir Hacıbəylinin evi, vokal sənətimizin banisi Bülbülün memorial, görkəmli musiqiçi və rəssam Mir Möhsün Nəvvabın xatirə muzeyləri, Azərbaycan Xalça Muzeyinin Şuşa filialı zəngin eksponat sayına görən fərqlənən muzeylərimiz olmuşlar.Çox təəssüflə bildiririk ki, keçmiş SSRİ-də yeganə olan Ağdam Çörək Muzeyi erməni vandalları tərəfindən Ağdam şəhəri kimi tamamilə yerlə-yeksan olunub.
Azərbaycanda milli-mənəvi dəyərlərimizə, o cümlədən muzey işinə daim dövlət qayğısı olub. 2000-ci il martın 24-də qüvvəyə minmiş “Muzeylər haqqında” Azərbaycan Respublikasının Qanunu ölkəmizdə muzeylərin fəaliyyətinin təşkilati-hüquqi əsaslarını və müvafiq münasibətləri tənzimləyir. Bu sənədə əsasən muzey – maddi mədəniyyət abidələrinin komplektləşdirilməsi, mühafizəsi, öyrənilməsi, kütləvi nümayişinin və təbliğinin həyata keçirildiyi mədəniyyət, elmi-tədqiqat müəssisəsidir.