1918-ci il Soyqırımları zamanı yerli müqavimət hərəkatında mübarizə aparmış qəhrəmanlar: TAHİR QASIMOV

 

1918-ci ildə Quba qəzasının nahiyyəsi olan Siyəzənin Səadan kəndindən olan Tahir Qasımov iki qardaşı ilə birgə kənd cavanlarından ibarət dəstə yaradaraq erməni daşnaklarına qarşı silahlı müqavimət göstərməyi qərara almışdı. O və dəstəsi ilk olaraq hələ Hamazasp gəlməmişdən öncə Gelovaniya qarşı mübarizədə fərqlənmişdir. Quba qəzasının mərkəzi Quba şəhərinə gələn yol üzərində yerləşən Sədan kəndinə 1918-ci ilin aprelin 15-də güclü leysan yağışın yağmasına baxmayaraq, bolşevik adı ilə erməni daşnakları daxil olaraq döyüşə başlamışlar.
Çətin hava şəraitinə baxmayaraq Tahir Qasımov və onun döyüşçü dəstəsi düşmənə qarşı əlverişli mövqe tutaraq igidliklə vuruşmuş və düşmənin 100-dən çox əsgərini məhv etmişdir. Neçə saatlıq döyüsdən sonra məğlub olub geri çəkilən erməni daşnakları bu kəndin qazmaları olan Mükül kəndindən çıxarkən əhalisini qətlə yetirməyə, evlərini yandırmağa nail olmuşlar. Bunu eşidən Tahir Qasımov dəstəsi ilə birlikdə Müküle gələrək bu döyüşdə də daşnakların 30-dan çox əsgərini məhv etmişdir. İtkilər verən düşmən geri çəkilməyə məcbur olmuşdur. Cəsurluğu ilə seçilən Tahir Oasimov sonradan 4 il türk ordusunda qulluq etmişdir.
Qeyd: Məlumatların bir qismi Müzəffər Məlikməmmədov”Qanlı Dərə” kitabından götürülmüşdür.

"Qarabağ abidələrini taniyaq və tanıdaq!” layihəsi çərçivəsində təqdim olunur:

Şuşa şəhərində erməni vandalizminə məruz qalan abidələrdən biri də XVIII əsrdə yaşamış Azərbaycan şairi və ictimai-siyasi xadim, Qarabağ xanının vəziri olmuş Molla Pənah Vaqifin muzey-məqbərə kompleksidir.
Kompleksin tikintisinə 1977-ci ildə başlanılıb və dörd il davam edib. 1982-ci ildə ümummilli lider Heydər Əliyevin iştirakı ilə Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin açılışı keçirilmişdir. Şuşada Cıdır düzünə yaxın bir ərazidə böyük şairin məzarı üstündə inşa edilən məqbərə dördkünc quruluşa malikdir və mərmərlə bəzədilmişdi. Burada Vaqifin Şuşa həyatını əks etdirən dövrə aid səksənə yaxın eksponat sərgilənirdi.
1992-ci ilin may ayında Ermənistan silahlı qüvvələri tərəfindən Şuşa şəhərinin işğal edilməsi nəticəsində kompleksin binası və burada sərgilənən onlarla eksponat məhv edilib, daşınması mümkün olan eksponatlar isə Ermənistana aparılmışdır.
Qeyd edək ki, II Qarabağ savaşından sonra Şuşa şəhəri azad olunmuş və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişi ilə şəhərdə tikinti abadlıq işlərinə, o cümlədən tarixi- memarlıq abidələrinin restarvasiyasına başlanılmışdır.

Koronavirus (COVID-19) pandemiyası dövründə Soyqırımı Memorial Kompleksinin onlayn fəaliyyəti davam edir.

Əziz Dostlar! Bizlər zaman-zaman fəaliyyətimiz, gördüyümüz işlər və perspektiv planlarımız barədə Sizləri məlumatlandırırıq. Bu ənənəmizə sadiq qalaraq bildirirəm ki, Koronovirus pandemiyası ilə əlaqədar bir neçə müddətdir fəaliyyəti onlayn formada həyata keçirilən Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin əməkdaşları olaraq bu müddət ərzində bizlər işimizi bir neçə istiqamətdə davam etdirirk. Beləki mütəmadi olaraq rəsmi saytımız eləcə də müxtəlif sosial şəbəkələrdə o cümlədən facebook, instigram, youtube kanalı, telegram və s olan profillərimiz vasitəsi ilə 4 dildə (Azərbaycan, ingilis, rus və ərəb ) həm müxtəlif illərdə xalqımıza qarşı törədilmiş soyqırımı gerçəkliklərini, erməni vandalizminin əsl simasını, ermənilərin mənfur planlarının tarixi köklərini, Qafqaza köçürülmələri ilə bağlı müxtəlif arxiv sənədləri eləcədə fotoşəkilləri, deportasiyalar barədə məlumatlar həmçinin erməni vandalizminə qarşı tarixin müxtəlif dövrlərində həyata keçirilmiş yerli müqavimət hərəkatı və onların aparıcı üzvləri barədə məlumatlar, bundan əlavə tariximizin müxtəlif dövlərini özündə əks etdirən mədəni irsimizin inciləri barədə məlumatları və digər tarixi məzmunlu kiçik məqalələri Sizlərə təqdim edirik. 4 dildə ()Azərbaycan, ingilis, rus və ərəb) təqdim olunan rəsmi saytımızda (www.soyqirim.az) mütəmadi olaraq yenilənmələr aparılır və daha çox oxunan bölmələrdə yeni məqalələr hazırlanaraq təqdim olunur. Xüsusilə sayımızın tarix bölməsi məlumat zənginliyi və oxucu sayı ilə fərqlənir. Bundan əlavə bizlər bir neçə aydır işimizi günün tələbləri səviyyəsində qurmaq və 1918-ci ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı həqiqətlərini həm ölkəmizdə, həm də ölkədən kənarda təbliq etmək üçün tanıtım məqsədli 3 dildə( Azərbaycan, ingilis və rus) videorolik və sənədli filmin yazıldığı disklər, loga əks olunmuş qələmlər, 4 dildə (Azərbaycan, ingilis, rus və türk) braşurlar, 2 dildə (Azərbaycan və ingilis) müxtəlif ölçülü və məzmunlu kitabçalar, vizit kartları, 2 dildə ( Azərbaycan və ingilis) flayer və digər çap məhsulları hazırlanması istiqamətində işlər həyata keçirirk. Artıq bir neçə çap məhsullarımız hazırlanaraq mətbəəyə göndərilmişdir. Gördüyümüz işləri Sizlərə təqdim etməkdən qürur duyuruq.
Kompleksimizin işində könüllü iştirak etmək, maraqlı təklif və təşəbbüslər ilə çıxış etmək istəyən gəncləri bizlərlə əməkdaşlıq etməyə dəvət edirik.
Tarixinə sahib çıxan xalq məğlubedilməzdir!
Diqqətinizə görə minnətdaram /Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nın direktoru, tarix üzrə fəlsəfə doktoru Rəxşəndə Bayramova

İCESCO nümayəndə heyəti Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfər edib

İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatının (İCESCO) Baş direktoru Salim bin Məhəmməd əl-Malikin başçılıq etdiyi nümayəndə heyəti yanvarın 12-də Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfər edib. Səfərin məqsədi Ermənistan silahlı qüvvələri tərəfindən işğal zamanı Azərbaycanın tarixi-mədəni və dini irsinin məhv edilməsinin nəticələri ilə tanış olmaqdır.

Nümayəndə heyətini Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov, ölkəmizin İCESCO yanında daimi nümayəndəsi Oqtay Qurbanov, İCESCO üzrə Azərbaycan Milli Komissiyasının baş katibi Vasif Eyvazzadə, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəis müavini, rəisin vəzifə səlahiyyətlərini icra edən Azad Cəfərli, nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr, Beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbələrinin nümayəndələri müşayiət edirlər.

Nümayəndə heyətinin səfəri Füzuli rayonundan başlayıb. Qonaqları Füzuli Rayonu İcra Hakimiyyətinin başçısı Alı Alıyev qarşılayıb.

İCESCO-nun nümayəndə heyəti əvvəlcə Füzuli şəhərinin xarabalıqlarına baxıb, şəhər qəbiristanlığında erməni vandalizminin izlərini görüblər. Ermənilər burada mərmərdən olan məzar daşlarını söküb aparıb, bəzi qəbirləri qarət məqsədilə dağıdıblar.

Şəhərdəki dağıdılmış Cümə məscidinin qalıqlarına baxış zamanı diqqətə çatdırılıb ki, ermənilər, işğal olunmuş digər bölgələrdəki məscidlərimizdə olduğu kimi, burada da mal-qara və donuz saxlayıblar. Nümayəndə heyətinin üzvləri İslam dini abidələrinin bu cür təhqir olunmasının, dağıdılmasının insanlıqla bir araya sığmadığını bildiriblər.

İCESCO-nun nümayəndə heyəti rayonun Qarğabazarı kəndində qədim karvansaraya və XVII əsrə aid məscidin qalıqlarına, həmçinin Qoçəhmədli kəndinin yerlə-yeksan edilmiş məscid binasının xarabalıqlarına da baxıb, ermənilərin törətdikləri vəhşiliklərin bilavasitə şahidi olub.

Nümayəndə heyəti daha sonra Ağdam rayonuna səfər edib, Cümə Məscidi, Çörək muzeyi, Dram teatrının binasına baxış keçiriblər.

Qeyd edək ki, nümayəndə heyətinin tərkibinə İCESCO-nun Elm və İnnovasiyalar sektorunun müdiri Rahil Qəmər, təşkilatın Mədəniyyət sektorunun müdiri Məhəmməd Zain Alabdern, İCESCO-nun Tərəfdaşlıq və beynəlxalq əməkdaşlıq sektorunun və Sivilizasiya Dialoq Mərkəzinin rəhbəri Xalid Fatih əl-Rəhman və başqaları daxildir.

İCESCO Baş direktorunun Azərbaycana səfəri yanvarın 15-dək davam edəcək

1918-ci ildə Azərbaycanlılara qarşı törədilmiş soyqırımı faktları

• 1918-ci ildə yaradılmış Fövqəladə Təhqiqat Komissiyası tərəfindən (tərkibində müxtəlif millətlərin hüquqşünasları olmaqla) toplanmış 36 cildlik sənədlər;
• 2011-ci ildə Fransa arxivlərindən Azərbaycana gətirilmiş soyqırımı hadisələrini özündə əks etdirən 102 fotoşəkil;
• Dövrün mətbuatı, şahid ifadələri;
• 2007-ci ildə Quba şəhərində 1918-ci il soyqırımına aid kütləvi məzarlığın aşkarlanması.

Murtuza Axundzadə

Murtuza Axundzadə 1877-ci ildə Quba qəzasında tacir ailəsində anadan olmuşdur. O, Qubada seçilən və fəallığı ilə tanınan ziyalılardan biri olmuşdur. Buna görə də 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti yarananda Quba sakinləri onu parlament üzvlüyünə layiq bilmişdilər.
Murtuza bəy Axundzadə “Müsavat”fraksiyasına daxil olmuş və parlamentin 96 üzvündən biri olmuşdur. Bu zaman onun 41 yaşı vardı.
Məlum olduğu kimi 1920-ci ilin aprelin 28-də Cümhuriyyət Parlamenti müəyyən şərtlərlə hökuməti bolşeviklərə təhvil vermişdir. Bundan sonra bolşeviklər heç bir şərtə əməl etməmişdir.Belə ki, yeni yaradılan Sovet hakimiyyəti Xalq Cumpuriyyətinə mənsub insanları təqib etməyə, qətlə yetirməyə başlamışdır.
Azərbaycan Xalq Cümhuriyyətinə bağlı hər kəs ya yenidən qayıdıb nəyisə dəyişə bilmək üçün gizli yolla ölkəni tərk edir, ya da müxtəlif yollarla bolşevik-daşnaklar tərəfindən məhv edilirdilər.
Bu zamanda suiqəsd və gülllələnmələr sanki həyat tərzinə çevrilmişdir. Dövrün ziyalılarının bir çoxu Nargin adasında “xalq düşməni” damğası ilə güllələnmişlər.
Tarixin şərəfli salnaməsinə adını yazdıran fədakar ziyalılardan biri də 1920-ci ildə “xalq düşməni” kimi güllələnən Murtuza bəy Muxtarov idi. Yalnız 72 il sonra Murtuza bəy bəraət hökmünü almışdır.

Çəmbərəkənd qəbristanlığı necə məhv edildi

1939 -cu ilin ortalarında partiyanın mərkəzi komitəsi tərəfindən Bakıda abadlıq,tikinti işləri aparmaq barədə qərar qəbul edilmişdi.
Qərarın yerinə yetirilməsi Bakı Sovetinə tapşırılmış, bunun üçün də tikinti-quraşdırma idarələrinə lazımi göstərişlər verilmişdi. Bakının əsasən dağətəyi və dağüstü ərazilərini sahmana salmaq ,küçə və meydanlarda uçuq -sökük evlərin yerində təzə binalar tikmək, bağ salamaq nəzərdə tutulurdu. Bakı şəhərin hansı ərazilərinin dağətəyi və dağüstü hesab olunduğu hamıya məlum idi. Bu ərazilər qədim vaxtlardan bakılıların yaddaşında ” yuxarı məhəllələr ” kimi qalmışdı. Bunu bilməyən yox idi! Həmin dönəm Ağababaov ( Ağababyan ) Bakı Sovetinin sədri təyin edilmişdir. Respublikanın beynəlmiləlçi rəhbərlərinin istəyi ilə bu vəzifəyə təyin olunan Ağababyan ,Bakıda ermənilərin yaşadığı əraziləri abadlaşdırır və məqsədinə nail olurdu.
Bakının Dağüstü park deyilən ərazisində qədim qəbristanlıq yerləşirdi. Mart soyqırımında, ermənilər tərəfindən öldürülən azərbaycanlıları həmin ərazidə dəfn etmişdilər. Çəbərəkənd qəbristanlığını yox etmək üçün xüsusi göstərişlə həmin ərazidə park salınır. Bununla da tarixi qan yaddaşımız olan bir ərazi yox edilir.
Mənbə:
Tarixçi, tədqiqatçı Elmar Həsənli

1918-cı ildə erməni daşnaklara qarşı yerli müqavimət hərəkatında mübarizə aparmış fəal döyüşçü Hüseyn Musayev

1879-cu ildə Şamaxı şəhərində anadan olmuş Hüseyn Məmməd oğlu Musayev 1917-1918-ci illərdə erməni daşnaklarının Quba qəzasında törətdikləri soyqırımının canlı şahidi olmuşdur. O, “Qanlı dərə”də Hamazaspın quldur dəstələrinə qarşı qəhrəmancasına döyüşənlərdən biri idi.
1911-1921-ci illərdə Quba qəzasının Qusar nahiyəsində yaşamış və fəaliyyət göstərmiş Hüseyn Musayev həmin dövrdə nahiyənin Ukur və Həzrə kəndlərində 2 sinifli məktəblər tikdirmiş, Əliməmməd Mustafayev və Cavad Axundzadə kimi məşhur ziyalılarla birlikdə həmin məktəbdə müəllim işləmişdir. 1921-1924-cü illərdə Quba Qəzası Xalq Maarif Şöbəsinə rəhbərlik edən Hüseyn Musayevin burada məktəblər şəbəkəsinin və savadsızlığın ləğvi kurslarının təşkilində böyük rolu olmuşdur. 1921-ci ildə Quba qəzası nümayəndələrindən biri kimi V.İ.Leninin qəbulunda olmuş Hüseyn Musayev 1918-ci ildə erməni daşnaklarının Qubada törətdikləri soyqırımları barədə bolşevik rəhbərinə ətraflı məlumat vermişdir. Qasım İsmayılov və yoldaşları Hüseyn Musayevin bu cəsarətinə heyran qalmışlar. (Mənbə: Müzəffər Məlikməmmədov”Qanlı Dərə” kitabı.səh. 242 )

Qarabağ abidələrini taniyaq və tanıdaq!” layihəsi çərçivəsində təqdim olunur

 

Bu İrəvan xanlığı (1747-1828 ) dönəmində İrəvan şəhərində inşa edilmiş Abbas Mirzə məscididir. Tarixi İrəvan şəhərində ermənilər məskunlaşdıqdan sonra xüsusilə Sovet dönəmində bu müqəddəs məkan dağılmış, baxımsızlıqdan sökülmüşdür. Günümüzdə yeni tikilmiş evlərin arxasında Məscidin yalnız çöl divarının bir hissəsin qalıqları gizlənib qalmışdır.

Kompleksin bələdçisi “İLİN AKTİV GƏNCİ” nominasiyasında diplom ilə təltif olunmuşdur.

2020 ci il ərzində vətənpərvərlik ruhunda işlərinə və milli mənəvi dəyərlərin təbliğində fərqləndiyinə görə Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin əməkdaşı Abutalib Turabov Azərbaycan mədəniyyəti layihəsi çərçivəsində İsayev qrupun təşkilatçılığı ilə keçirilən “İLİN AKTİV GƏNCİ” nominasiyasında diplom ilə təltif olunmuşdur.