Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin fəaliyyətə başlamasından 7 il ötür.

30 dekabr 2009-cu ildə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev erməni millətçilərinin Azərbaycana qarşı ərazi iddialarını və təcavüz siyasətini, qanlı cinayətlərini dünya ictimaiyyətinə çatdırmaq, gələcək nəsillərin milli yaddaşını qorumaq və soyqırım qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədi ilə Quba şəhərində “Soyqırım Memorial Kompleksi”nin yaradılması üçün sərəncam imzalamışdır.
Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilən Kompleks 2013-cü il sentyabrın 18-də istifadəyə verilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və xanımı Mehriban Əliyeva Quba Soyqırımı Memorial Kompleksinin açılışında iştirak etmişlər.
Qeyd edək ki, 2013-cü ildən bu günə kimi Kompleksə gələn yüz minlərlə yerli və xarici ziyarətçilər təcrübəli mütəxəssislər tərəfindən 4 dildə (azərbaycan, rus, ingilis, ərəb) erməni vandallarının törətdikləri vəhşilikləri haqqında dolğun məlumatlandırılır eyni zamanda soyqırımı hadisələrinin tanıdılması sahəsində həm ölkə daxilində, həm də ölkədən kənar müxtəlif ölkələrdə təbliqat xarakterli bir çox işlər həyata keçirilir.

Arxiv sənədi.

Kompleksin muzeyində 1918-ci il hadisələri ilə bağlı dövrün ən vacib sənədlərindən hesab edilən Dəvəçinin (Şabran) Kilvar kəndinin 90 nəfər erməni əhalisi tərəfindən həyatlarının və əmlaklarının təhlükəsizliklərinin qorunması və onlara heç bir ziyan dəyməməsi ilə bağlı imzalanmış sənədin surəti nümayiş olunur. Bu sənəd ölkədə hökm sürən anarxiya və hərc-mərclik illərində Dəvəçi nahiyəsində qayda-qanunun və sabitliyin qorunmasına nəzarət edən, Quba qəzasının görkəmli nümayəndəsi, 1918 – 1920-ci illərdə Azərbaycan Parlamentinin üzvü olmuş Həmdulla Əfəndi Əfəndizadənin adı ilə bağlıdır. 1920-1921-ci illərdə Quba qəzasında sovet hakimiyyəti əleyhinə üsyanın başlanmasına səbəb olmuş və üsyanın yatırılmasında yüzlərlə qızıl əsgərin öldürülməsində təqsirli bilinən Həmdulla Əfəndi 1927-ci ilin avqustunda həbs edilərək Bakıya gətirilir və burada, Az.DSİ tərəfindən Az.SSR Cinayət Məcəlləsinin 76-cı maddəsi ilə – quldurluqda ittiham edilmişdir.

Həmin dövrdə Kilvar kəndinin erməni əhalisi Həmdulla Əfəndinin müdafiəsi üçün sənəd imzalamışdır. Sənəddə deyilir: “Biz, 1927-ci ilin 19 avqust tarixində, aşağıda imza edən Kilvar kəndinin sakinləri, öz imzamızla təsdiq edirik ki, Gələgah kəndinin sakini vətəndaş Həmdulla Əfəndiyev bizə qarşı həmişə xeyirxah olmuş, bizə xeyirdən başqa heç bir pisliyi dəyməmişdir; əlavə olaraq, 1905-ci ildə iğtişaşlar zamanı qonşu kəndlərə bizimlə daima dinc dolanmağı məsləhət görmüşdür və hər cür münaqişələrin qarşısı alınmışdır. 1918-ci ildən 1920-ci ilədək həm bizə, həm də bizim əmlakımıza toxunmağa heç kimə imkan verməmişdir. Ümumiyyətlə heç vaxt bizimlə qonşularımız arasında milli ədavət aparmamışdır. Bütün bu yuxarıdakı işləri o, mənfəət niyyəti ilə yox, açıq ürəkdən etmişdir. Bu səbəbdən biz, aşağıda imza edənlər, yuxarıda deyilənləri nəzərə almağınızı xahiş edirik və imzalayırıq”.
Sənədin yalnız imzalanması ilə kifayətlənməyən ermənilər Kilvar kənd Sovetinin sədri A. A. Ambarsumovdan həmin sənədin möhürlə təsdiqlənməsini xahiş etmişlər və bu xahiş yerinə yetirilmişdir.

Bakının azad olunmasından 102 il ötür..

1918-ci il sentyabrın 15-də Qafqaz Islam ordusunun zabit və əsgərləri Bakını bolşevik-daşnak işğalından azad edərək Azərbaycan dövlətinin tarixində şərəfli gün yazmışlar.
Bakının azad edilməsi XX əsr Azərbaycan tarixinin şərəfli səhifələrindən biridir. 1918-ci ilin mayında Azərbaycanın müstəqilliyinin elan olunmasına baxmayaraq, ölkə ərazisinin bir hissəsi, Bakı və ətraf qəzalarda erməni-bolşevik işğalı altında idi. Müstəqilliyə təzə qovuşmuş, beynəlxalq aləmdə hələ tanınmayan, gənc Azərbayacan dövlətinin öz ərazi bütövlüyünü təmin etmək imkanları yetərincə deyildi. Belə bir şəraitdə Azərbaycan Xalq Cümhuriyyəti qurucuları bilirdilər ki, Bakı olmadan dövləti möhkəmləndirmək, müstəqil siyasət yürütmək və ölkənin bütövlüyünü təmin etmək mümkün deyildir.
Osmanlı dövlətinin özünün də ağır durumda olmasına baxmayaraq Azərbaycanla 1918-ci il iyun ayında imzaladığı «Dostluq və əməkdaşlıq» müqaviləsinə əsasən, Azərbaycan dövlətinin ərazi bütövlüyünü təmin etmək məqsədilə öz hərbi qüvvələrini Nuru Paşanın rəhbərliyi altında ölkəmizə göndərmişdir.
Avropa dövlətlərinin türk qoşunlarının Azərbaycana gəlməsinə etiraz etməsinə baxmayaraq, yerli hərbi qüvvələr, türk zabit və əsgərlərindən ibarət Qafqaz İslam Ordusu 1918-ci ilin avqust-sentyabr aylarında tarixi vəzifələrini şərəflə yerinə yetirmişlər.
Sentyabrın 15-də Qafqaz İslam Ordusu Bakını işğaldan azad etdikdən sonra Azərbaycan hökuməti Gəncədən paytaxt Bakıya köçürüldü. Şərqdə ilk parlamentli demokratik respublikanın parlaq tarixi başlandı. Bu tarixdən başlayaraq Azərbaycan Xalq Cümhuriyyəti özünün şanlı ənənələrini və möhtəşəm əməllərini dünyaya çatdıra bilmişdir.

Quba şəhərində "Soyqırımı Memorial Kompleksi"nin yeni məlumat məzmunlu bukletlər nəşr üçün mətbəəyə göndərilmişdir.

Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”ndə Elmi araşdırmalar, ekspozisiyası və fond şöbəsinin elmi əməkdaşlarının birgə səyi ilə Kompleks haqqında ümumi məlumat, ekskursiya materialları, görüntülər və yol marşrutunu özündə əks etdirən 4 dildə (azərbaycan, ingilis, rus, ərəb) bukletlər hazırlamış və yeni məlumat məzmunlu bukletlər nəşr üçün mətbəəyə göndərilmişdir.

Koronavirus (COVİD-19) infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması üçün tətbiq edilmiş sərt karantin rejiminin yumşaldılması ilə əlaqədar may ayının 4-dən etibarən fəaliyyət göstərən Quba şəhərində "Soyqırımı Memorial Kompleksi" sanitar- epidemioloji qaydalara uyğun olaraq ziyarətçi qəbulunu davam etdirir. Ötən aylara nisbətən avqust ayında ziyarətçilərin sayında müəyyən artım müşahidə olunur.

Türkiyənin nüfuzlu telekanallarından biri olan "TRT AVAZ"-ın xəbərlər proqramında "Soyqırımı Memorial Kompleksi" nin tarixi və fəaliyyəti barədə geniş məzmunlu sujet izləyicilərə təqdim olunmuşdur.

 

 

Ermeni çetelerce, 1915 ve sonrasında devam eden olaylarda Anadolu ve Kafkasya’da binlerce masum sivil katledildi.
Azerbaycan’ın Guba şehri, bu katliamlara en yakından tanık olan şehirlerden biri.
Bir Türk mimar tarafından tasarlanan Soykırım Müzesi’nde o yıllarda yaşananlara ışık tutuluyor.

Litva Respublikasının tanınmış jurnalist-yazarı Gintaras Visotskas tərəfindən tarixi təhlillər ilə yazılmış məqaləni Sizlərə təqdim edirik.

https://slaptai.lt/gintaras-visockas-jeigu-buciau-turkas/?fbclid=IwAR1ENyL18r7vTi6wvzBkupx68wg-7rNH-BpklAhB_J4_FhcOas6_IajMEMI

Qeyd: məqalənin son hissəsində Quba Soyqırımı Memorial Kompleksi və onun tarixi barədə geniş məlumat verilmişdir. Dəyərli alimimiz tarix elmləri doktoru, professor Solmaz xanım Tohidiyə təşəkkür edirik.

“Nargin” adası (Böyük-Zirə adası)

Xəzər dənizində Azərbaycana aid “Cəhənnəm adası” və ya “İlan adası” kimi tanınan “Nargin” adası (Böyük-Zirə adası) Bakı buxtasında, şəhərdən on kilometr cənubda çox kiçik – təxminən üç kvadrat kilometr ərazidə yerləşir.
XVII əsrdə ruslar, xüsusilə də kazaklar Bakı arxipelağına aid olan adaların əksəriyyətinin adlarını dəyişdirmişlər. 1719-cu ildə Rusiya İmperatoru I Pyotr bu adaya Fin körfəzində yerləşən Nargin adasına bənzədiyi üçün bu adı vermişdir.
Müxtəlif ilanların olduğu yer kimi məşhur olan ada Rusiya tərəfindən bir ölüm kampına çevrilmişdir. Əvvəlcə Çar Rusiyasısı, sonra isə Sovet hakimiyyətinın ilk illərində Birinci Dünya müharibəsi zamanı imperiya cəlladlarının girov götürdükləri türk əsgərləri, eləcə də türk-müsəlman kəndlərindən əsir götürülmüş 10 000-dən çox insan bu adada amansız işgəncələrə məruz qalaraq vəhşicəsinə öldürülmüşdür.
Adada türk tarixi baxımından 1914-1915-ci illərdə Sarıqamış döyüşlərində Anadolu kəndlərindən üç yaşlı uşaqlardan tutmuş, 80 yaşadək türk-müsəlmanların zorla girov götürülərək qətlə yetirilməsinə dair sənədlər, həmçinin aclıq, xəstəlik, zəhərli ilanların sancması ilə ölən və ruhi xəstəlik tapıb əldən düşən insanların şəkilləri Rusiyanın müxtəlif arxivlərində üzə çıxmışdır.
Nargin adasında tutulan on minlərlə əsirin bir qismi Azərbaycan türklərinin köməkliyi ilə oradan qaçırılmışdır. Bu məsələdə Müsəlman Xeyriyyə Cəmiyyəti, Hacı Zeynalabdin Tağıyev, İsmayıl bəy Səfərəliyev, Murtuza Muxtarov və Əjdər bəy Aşurbəyovun fəaliyyətlərini xüsusilə qeyd etmək lazımdır. 1918-ci ilin sentyabr ayında Bakıya daxil olan Qafqaz İslam Ordusu əsirləri azad etsədə Nargin həbsxanasının qanlı tarixi bununla da bitməmişdir. 1920-ci ildə Bakıda hakimiyyətin bolşeviklər tərəfindən ələ keçirilməsindən sonra Azərbaycanın bir sıra dövlət və ictimai xadimləri, Azərbaycan Xalq Cümhuriyyətindən sonrakı fəalları, həm də Stalin repressiyası qurbanları Nargin və Bulla adalarında güllələmişdir.
1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyi bərpa edildikdən sonra onun ilk adı özünə qaytarılaraq “Böyük Zirə” adlandırılır.