Tarixçilərin qələmindən

Gürcü yazıçısı və tarixçisi Feliks Tsertisivadze “Unudulmuş soyqırımı” adlı kitabında yazır:
Axı nəyə görə ermənilər və onların havadarları azərbaycanlıları qətlə yetirərək öz torpaqlarından qovdular?
Doğrudan da, nə üçün?
Ona görə ki, azərbaycanlılar 19-cu əsrdə onlara öz torpaqlarında sığınacaq veriblər?
Çox güman ki, azərbaycanlılar ermənilərin indi Ermənistan höküməti adlandırılan, əslində isə azərbaycanlıların tarixi torpaqları olan ərazilərində yerləşmələrinə görə gileylənib etiraz etməyiblər
Bəlkə, ona görə ki, İrandan gələn erməni qaçqınlarına Qarabağda ən yaxşı torpaqlar verilib?
Bəlkə, ona görə ki, çoxsaylı erməni marşalları, alimləri, çempionları, rəssamları, bəstəkarları, yazıçıları və başqa dünyaşöhrətli insanlar Azərbaycanın çörəyi və suyu ilə qidalanıb-böyüyüblər?
Qonaqpərvərliyin, alicənablığın əvəzini qətllə ödəyirsiniz?

Tarixçilərin qələmindən

Tarix üzrə fəlsəfə doktoru Natiq Məmmədzadə.
22 yanvar 1920-ci ildə AXC-nin xarici işlər naziri F. X. Xoyski Ermənistan Xarici İşlər Nazirliyinə nota göndərərək bunları bəyan etdi: “Mən hökumətimdən məlumat aldım ki, yanvarın 19-da Ermənistan hökumətinin qoşunları, silahlı dəstələrlə birlikdə Zəngəzurdan Şuşa qəzası istiqamətində hücum əməliyyatlarına başlayıb , onların hərəkət yolu boyunca bütün müsəlman kəndləri məhv edilib, onlardan 9-u son günlər darmadağın edilib… görünən odur ki, hökumətlərinin müəyyən planını yerinə yetirən erməni qoşunları, sakinləri insanlığa sığmayan qırğınlara məruz qoyaraq müsəlman kəndlərini yenidən məhv etməyə başladılar. Ermənistan hökumətinin öz üzərinə götürdüyü öhdəliklərə bu cür məhəl qoymaması, artıq əldə edilmiş razılaşmaları tamamilə dəyərdən salması, mənim hökumətimi əminlikdən, yaranmış münasibətləri sülh danışıqları yolu ilə nizamlamaq imkanından məhrum edir…
Mənbə: Azərbaycanın Qarabağ bölgəsində yaşayan azərbaycanlıların soyqırımı (1918-1920) Bakı – 2017 səh, 56-342

Tarixçilərin Qələmindən

Mayın 1-də (1918) şəhərə daxil olan erməni silahlı dəstələri həmin günü şəhərin aşağı hissəsində 713 müsəlmanı qətlə yetirmişdilər. Onların çoxu qadın və uşaqlar idi. Böyük Şosse və Bazar küçələrindəki evlər qarət edilirdi. Hamazaspın silahlı dəstələri şəhəri dörd hissəyə bölərək hər bir hissədə ayrıca qərargah yaradırdılar. Birinci qərargah Leontev bağının yanında, ikinci qərargah erməni kilsəsinin ərazisində, üçüncü qərargah müsəlman qəbirstanlığının yaxınlığındakı yüksəklikdə, dördüncü mərkəzi qərargah isə yəhudi qəsəbəsi hündürlüyündə yaradılmışdır.

Mənbə: Vaqif Abışov. Quba qəzasında Azərbaycan xalqına qarşı Soyqırımı. S-15

Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”ndə növbəti “Ustad dərsi” keçirilmişdir.

Soyqırımı Memorial Kompleksində “15 iyun Qurtuluş Günü”nə həsr olunmuş əməkdaşların maarifləndırılməsi məqsədi ilə növbəti ustad dərsi keçirilmişdir.

         Azərbaycan Dövlət Pedoqoji Universitetinin Quba filialının müəllimi, əməkdar Mədəniyyət işçisi Elza Orucova “Heydər Əliyev və müasir Azərbaycan” mövzusunda məruzəsi ilə çıxış edərək Milli Qurtuluş Gününün Azərbaycanın müasir tarixinin ən əhəmiyyətli günlərindən biri olduğunu bildirib. O qeyd edib ki, Azərbaycanın çağdaş tarixi Ulu Öndər Heydər Əliyevin 1993-cü ilin iyun ayında hakimiyyətə gəlməsi ilə bilavasitə əlaqədardır. Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkəmizin bu bəlalardan xilas olaraq inkişaf yoluna qədəm qoyduğunu, respublikamızda mühüm siyasi və iqtisadi islahatların həyata keçirildiyini, neft strategiyasının reallaşdırıldığını, cəbhədə atəşkəsin əldə olunduğunu, nizami ordu quruculuğu prosesinə başlandığını, cəmiyyətin inkişafı üçün fundamental əsasların yaradıldığını bildirib.

XƏLIL BƏY XASMƏMMƏDOV

 
Xəlil bəy Xasməmmədov 1873-cü ildə Gəncədə anadan olmuşdur. Bütün
ömrünü, bilik və bacarığını millətinin azadlığı uğrunda mübarizəyə həsr etmiş X.Xasməmmədov Rusiyanın II və III Dövlət Dumalarında Azərbaycanı layiqincə təmsil etmişdir. O,1917-ci ilin aprelində Bakıda, may ayında isə Moskvada keçirilmiş ümum-Rusiya Müsəlmanları Qurultayında iştirak etmiş, “Müsavat” partiyasının birinci qurultayında Mərkəzi Komitənin üzvü seçilmişdir.
Azərbaycan Xalq Cümhuriyyəti qurucularından biri olan X.Xasməmmədov Azərbaycanın ilk ədliyyə naziri vəzifəsində işləmiş və milli maraqları nəzərə almaqla dünyəvi dəyərlər zəmnində ilk dəfə Ədliyyə Nazirliyinin Əsasnaməsini hazırlamışdır.
1920-ci ilin aprel işğalı nəticəsində Türkiyəyə köçməyə məcbur qalmış X.Xasməmmədov mühacirətdə mübarizəsini “Yeni Qafqasya”, “Azəri-türk”, “Odlu yurd”, “Azərbaycan yurd bilgisi”, “Prometey”, “Kavkaz”, “İstiqlal” və “Qurtuluş” adlı qəzet və jurnallarında siyasi məzmunda məqalələri ilə çıxış edərək, əsasən, qələmi, sözü ilə aparmışdı.

Məhəmməd Hadi

1879-cu ildə Şamaxıda anadan olan Məhəmməd Hadi XX əsr Azərbaycan şərqində romantizm cərəyanının ən qüdrətli nümayəndələrindən biri olmuşdur. Keşməkeşli ömür sürən Məhəmməd Hadi türk, şərq, Avropa ədəbiyyatını və fəlsəfəsini dərindən mənimsəmiş, ədəbiyyat tariximizdə əsərləri ilə özünə layiqli yer tutmuşdur.
Romantik maarifçilikdən inqilabi romantizmə yüksələn şair yaradıcılığının ən mübariz dövrü Azərbaycan Xalq Cümhuriyyəti dönəminə təsadüf edir. Məhəmməd Hadi yaradıcılığının ən çağdaş milli və bəşəri keyfiyyətləri məhz bu dövrdə özünü daha aydın göstərdi. Qafqaz İslam Ordusunun baş qərargahı Gəncədə olan zaman Məhəmməd Hadi onların şərəfinə 13 iyun 1918-ci ildə “Qəhrəman türk əsgərlərinə” şeirini yazmışdır.
Şairin Cümhuriyyət dövründə yaradıcılığını əks etdirən “Türkün nəğməsi”, “Zəfəri-nəhayəyə doğru”, “Əsgərlərimizə-könüllülərimizə”, “Azərbaycan dövləti-növzadına”, “Vaxtın səsi və həyatın sözü” habelə başqa şeirləri və “İki simayi-siyasinin müharibə haqqında mütaliələri münasibətilə”, “Zərbeyi-inqilab”, “Ümid ilə yaşayın” adlı marş və hərbi vətənpərvərlik ruhlu məqalələri diqqəti cəlb edir.

Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”ndə Elmi şöbə əməkdaşlarının elmi potensiallarının artırılması məqsədilə “Ustad dərsləri” adlı layihəyə start verilib.

Layihə çərçivəsində mütəmadi olaraq tarixçilərin,
tədqiqatçıların, ictimai xadimlərin, ziyalı şəxslərin Kompleksə dəvət olunması nəzərdə tutulur.
Belə ki, 25.05.2023-cü il tarixində 28 May Respublika Gününə həsr olunmuş “Ustad dərsi” keçirilib. Azərbaycan Dövlət Pedoqoji Universitetinin Quba filialının tarix, pedaqogika və sosial elmlər kafedrasının baş müəllimi t.ü.f.d Təhminə Əliyeva “1918-1920-ci illərdə Qafqaz dövlətlərinin birlik mücadiləsi və ermənilərin pozucu fəaliyyəti” mövzusunda məruzə ilə çıxış edib. Çıxış zamanı o, Qafqaz respublikalarının süqutundan sonra qafqazlı mühacirlərin fəaliyyətindən, Əlimərdan bəy Topçubaşovun təşəbbüsü ilə 1921-ci il mayın 8-də Azərbaycan Xalq Cümhuriyyətinin Parisdəki nümayəndəliyinə toplaşaraq Qafqaz Konfederasiyasının yaradılması fikrini irəli sürməsindən, hər zaman olduğu kimi bu prosesdə də erməni daşnaklarının xəyanətindən bəhs edib. Seminar zamanı həmçinin Azərbaycan xalqının tarixində ilk Parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin qısa bir ömür sürməsinə baxmayaraq tarixdə silinməz izlər buraxması da qeyd olunub.

İnsan Hüquqları Aylığı çərçivəsində Quba şəhərində “Soyqırımı Memorial Kompeksində” tədbirlər keçirilir Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 18.05.2023-cü il tarixli müraciəti ilə 18 may – 18 iyun tarixləri ölkədə “İnsan Hüquqları Aylığı” elan edilmişdir.

Ölkəmizdə bu günün əsası 1998-ci il 18 iyun tarixində “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”nın təsdiq olunması ilə qoyulmuşdur. Artıq 25 ildən çoxdur ki, bu əlamətdar gün ölkəmizdə geniş şəkildə qeyd olunur və bu, müstəqil dövlətimizin insan hüquqlarına verdiyi ali dəyərin parlaq təzahürü kimi yüksək qiymətləndirilir. Ombudsmanın müraciəti əsasında keçirilən bu bir ay ərzində ölkə ərazisində fəaliyyət göstərən dövlət və yerli özünüidarə orqanlarında, elm, təhsil, tibb və mədəniyyət müəssisələrində və digər təşkilatlarda insan hüquqlarına həsr olunmuş müxtəlif aktual mövzular üzrə silsilə maarifləndirmə tədbirləri təşkil olunur. Bununla əlaqədar olaraq Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”ndə müxtəlif tədbirlər həyata keçirilməsi planlaşdırılır.

Məmməd Xan Təkinski

Məmməd Xan Təkinski Azərbaycan Xalq Cümhuriyyəti dövründə müxtəlif vəzifələrdə çalışmış, dövlətinə və xalqına layiqincə xidmət etmiş şəxslərdəndir. 1918-ci il iyulun 15-də Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə yaradılmış Fövqəladə Təhqiqat Komissiyasının üzvü olan Məmməd xan Təkinski erməni-daşnak qüvvələrinin müsəlman əhalisinə qarşı törətdikləri vəhşiliklərin araşdırılmasında iştirak etmişdir. Daha sonra 1919-cu ilin yanvarında AXC hökumətinin Ermənistanda diplomatik nümayəndəsi təyin edilmişdir. O, Naxçıvan mahalında “erməni idarəçiliyi”nə son qoyulması məsələsinin zəruriliyini dəfələrlə Ermənistandakı beynəlxalq missiyaların qarşısında qaldırmış və Cümhuriyyət hökumətinin bu işə fəal müdaxilə etməsinə çalışmışdır. M.X.Təkinski vəzifəsindən geri çağırıldıqdan sonra Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin qərarı ilə 1919-cu il oktyabrında xarici işlər nazirinin müavini vəzifəsinə təyin edilmiş və Azərbaycan sovet hakimiyyəti qurulanadək bu vəzifəni icra etmişdir.

Əlimərdan bəy Topçubaşov

“Mart hadisələrinə səbəb nə olmuşdur?… Ermənilərin bolşeviklərlə birlikdə hakimiyyət əldə etmək arzusu, yoxsa milli zəmində yaranmış qisas hissi? …Gələcəkdə tarixçilər bütün həqiqətləri üzə çıxararlar. Bakı hadisələrinin əsas nəticəsi bolşevik rejiminin həm şəhərdə, həm də Bakı rayonunda tam şəkildə bərqərar edilməsi və möhkəmlənməsi olmuşdur ki, bu da bəşər sivilzasiyasının təməl sütununu təşkil edən bütün insani dəyərlərin planauyğun şəkildə məhv edilməsinə başlanmasının özünəməxsus impulsu sayıla bilər…”