Ziyarətçilərə 1918-ci ildə törədilmiş soyqırımı hadisələri barədə ətraflı məlumat verilmişdir.

1750-1752-ci illərdə Qarabağ xanı Pənahəli xanın istəyi ilə inşa olunmuş Şahbulaq qalası Ağdam şəhəri yaxınlığında Şahbulaq adlı ərazisində yerləşir. Ehtimal olunur ki, qalanın adı da burada yerləşən gursulu bulağın adından – Şahbulağından götürülmüşdür. Şahbulaq qalası Qarabağ xanlığının ərazisində inşa etdirilmiş ikinci qaladır.
Şahbulaq qalası Bayat qalasından öncə Qarabağ xanlığına inzibati mərkəz kimi inşa edilmişdir. Müdafiə tipli tikili olan qala müəyyən bir dövr ərzində yaşayış yeri kimi istifadə olunsa da, sonradan təkcə gözətçi məntəqəsi kimi istifadə olunub. Elmi ədəbiyyatda “Şahbulaq qəsri” adı ilə tanınan abidə, əslində, iri qəsr kompleksinin içqalası olmuş, onun yanında xanın iqamətgahı olmuşdur. Yığcam quruluşlu bu qala düzbucaqlı biçimdədir və onun bayır divarları dairəvi və yarımsilindrik bürclərlə möhkəmləndirilmişdir. Ağdam rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalından sonra Şahbulaq qalası ən çox erməniləşdirilməyə məruz qalan abidələrimizdən biridir. İşğaldan azad olunanadək ermənilər qaladan kilsə kimi istifadə ediblər.
44 günlük müharibədə Ağdam şəhərinin erməni tapdağından azad olunmasından sonra burada bərpa-tikinti işləri aparılır.
Azərbaycana səfəri çərçivəsində bir qrup amerikalı jurnalisti və media eksperti Quba rayonuna da səfər etmişlər. Səfər çərçivəsində media nümayəndələri Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”ni ziyarət etmişlər. Ziyarətçilərə 1918-ci ildə erməni vandallarının həyata keçirdikləri soyqırımı aktı barədə ətraflı məlumat verilmişdir. Qeyd edək ki, nümayəndə heyətinə ABŞ-nin Yel Univeristetində təhsilini davam etdirən, “Report” İnformasiya Agentliyinin ABŞ bürosunda çalışan azərbaycanlı jurnalist Vüsalə Abbasova, “Arab News”un BMT bürosunun rəhbəri, Əfqanıstan, İraq və Cənubi Livandakı münaqişə bölgələrində dünyanın qabaqcıl media qurumlarının (Fox TV, CNN, Al Jazeera) müharibə müxbiri kimi uzun illər çalışmış Əfram Kosafi, Kolumbiya Respublikasının tanınmış televiziya şəbəkəsinin (Caracol TV and Canal 1) Nyu-York və paytaxt Vaşinqtondakı müxbiri, tanınmış blogger Paola Varqas, “Schirach Report”un təsisçisi və baş redaktoru Paolo von Şiraç, “Anadolu” Agentliyinin ABŞ bürosunun fotojurnalisti, “Turkish Journal”ın təsisçisi Selcuk Acar daxildir.

Qeyd edək ki, Azərbaycan qəzetinin külliyatı ölkəmizin tarixi həqiqətlərinin qorunub saxlanılması baxımından böyük önəm daşıyır.
Buna görə başda Azərbaycan Diplomatik Akademiyasının rektoru cənab Hafiz Paşayevə, o cümlədən bu işdə əziyyəti olan Mehdi Genceli, Azad Ağaoğlu-ya və digər insanlara Memorial Kompleksin rəhbərliyi adından dərin minnətdarlığımızı bildiririk.
Ümidvarıq ki, Kompleksin nadir fonddan ibarət kitabxanasına yeni daxil olmuş bu dəyərli kitablar tarixçi, araşdırmaçı, müəllim, tələbə və şagirdlər üçün faydalı olacaq.


Bakıda qanlı mart günlərində mən, ən ciddi surətdə Şaumyanın rəhbərlik etdiyi yeni hökumətdən iranlıların canının və malının təhlükəsizliyinin təmin edilməsini tələb etdim, hər bir vasitə və üsulla, nə olursa-olsun tǝrəflərin qətl və qarətlərə son qoymağa məcbur edilməsinə, asayişin bərpa olunmasına çağırdım…. Bu dağıdıcı daxili müharibədə hər iki tərəfdən çoxlu sayda insan tələfati oldu. Belə ki, ölülərin və yaralıların yığılması, şəxsiyyətlərinin müəyyən edilməsi üçün yalnız mənim yaratdığım komissiya tərəfindən 5000 nəfərdən artıq iranlı və qeyri-iranlı müsəlmanın qətlə yetirildiyi sübut olundu. Bütün bu cəsədlərin kəfənələnməsi, dəfni həmin komissiyanın öhdəsinə düşdü.
Məhəmməd Said Marağeyi,
“Siyasi xatirələr”, Tehran, 1994, s. 49.
Azərbaycan mətbuatı tarixində 1918–20-ci illər əvvəlki dövrlərə nisbətən ən yüksək inkişaf mərhələsini yaşayıb. Bu dövrün mətbuatı həm keyfiyyət, həm də kəmiyyət baxımından milli mədəniyyətin mühüm tərkib hissəsi kimi Azərbaycan həyatının canlı salnaməsinə çevrildi. İki il içərisində ölkədə 100-ə yaxın qəzet və jurnal nəşr olundu. Cümhuriyyət dövrü mətbuatının səciyyəvi xüsusiyyəti təkcə onun say göstəricisində deyil, hər şeydən əvvəl ideya-məzmun zənginliyində idi.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə aşağıdakı milli istiqlal ideyalı mətbuat orqanları nəşr olunmuşdur:”İstiqlal”, “Azərbaycan”, “İttihad”, “Gənclər yurdu”, “Qurtuluş” və s.
Bu gün münasibətilə mətbuat sahəsində fəaliyyət göstərən bütün əməkdaşları təbrik edir, işlərində uğurlar arzulayırıq.



Prof.dr. Seyit Sertçelik
Ermənilər Anadolunun bir çox yerlərində silaha sarılaraq cəbhə arxasında dövlətin təhlükəsizliyini pozacaq tədbirlər həyata keçirirdilər. Bir tərəfdən, şəhər və qəsəbələrdə çıxarılan üsyanlarla Osmanlı təhlükəsizlik gücləri ilə atışan ermənilər, digər tərəfdən də, xüsusilə, Qafqaz cəbhəsi ilə cəbhə arxasında əsgər, silah və sursat daşınması, rabitə kimi strateji baxımdan əhəmiyyətli mövzularda Osmanlı birliklərini çətin vəziyyətə salacaq hərəkətlər edirdilər.
Prof.dr. Seyit Sertçelik
Rus və Erməni Mənbələri İşığında Erməni Problemi 1915 – 1923
Səh. 221
Tədbirdə Ombudsmanın Şimal Regional Mərkəzinin rəhbəri Bəhruz Əfəndiyev çıxış edərək Heydər Əliyevin 10 fevral 1998-ci ildə imzaladığı “Ölüm hökmünün ləğv olunması” fərmanı ilə Azərbaycanın dünyəvi, demokratik, humanizm prinsiplərini üstün tutan bir ölkə olduğunu təsdiqləmişdir. Bu fərmanla Şərqdə ilk dəfə ölüm hökmünün ləğv olunduğunu qeyd edən natiq bu siyasətin bu gün də uğurla davam etdirdiliyini bildirmişdir. Seminarda Kompleksin 15-dən artıq əməkdaşı iştirak edib.