
26 Iyun - Azərbaycan Respublikası Silahlı Qüvvələri günü.
23 iyun 1918-ci ildə Azərbaycanda hərbi vəziyyət elan edilmişdir.

Kompleksə gəlmiş ziyarətçilər barədə həftəlik paylaşım.
15 İyun – Milli Qurtuluş Günü

15 İyun – Milli Qurtuluş Günü
tariximizə qızıl hərflərlə yazılmış , Azərbaycan xalqının taleyində
böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik və xalqımız üçün əsl qurtuluş tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan Heydər Əliyevdir.
1991-ci ilin oktyabrında Azərbaycan müstəqillik əldə etdi. Lakin müstəqilliyin ilk illəri siyasi hakimiyyət boşluğu və dövlətin əsaslarının, ordu və dövlət təhlükəsizliyi orqanları da daxil olmaqla, dövlətin bütün təsisatlarının boşluğu ilə əlamətdar idi. Ermənistanın ilhaqçılıq niyyəti güdən təcavüzü respublikada vəziyyəti daha da gərginləşdirirdi.
Vətənin bu ağır dövründə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi olmuş, daha sonra Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifələrində çalışmış, Moskvada istefa verdikdən sonra 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri kimi bu diyarın xilası yolunda fədakarlıq nümunələri göstərən Heydər Əliyev hakimiyyətə qayıtdı. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Beləliklə, 15 iyun Azərbaycanın tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu.
Kompleksə ziyarətçi axını davam edir. Geridə qoyduğumuz həftə ərzində Kompleksə gələn ziyarətçilər barədə həftəlik paylaşım.
Hörmətli izləyicilər, məlumat üçün bildirmək istərdik ki, bu həftədən etibarən hər həftənin ikinci günü Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nə gələn ziyarətçilər barədə həftəlik məlumat veriləcək.
Belə ki, geridə qoyduğumuz həftə ərzində Kompleksi Latviya Həmkarlar İttifaqının nümayəndə heyəti, Amerika Birləşmiş Ştatlarının Nümayəndələr Palatasının işçi heyəti, müxtəlif turlar, həmçinin respublika məktəbləri ziyarət etmişdir.
Bakı Dövlət Universitetinin Tarix fakültəsi ilə imzalanmış Anlaşma Memorandumuna əsasən, hər iki qurum arasında əməkdaşlıq uğurla davam etdilir.
Bu günlərdə Kompleksin kitabxanasına Azərbaycan Xalq Cümhuriyyətinin və azərbaycanlılara qarşı törədilmiş soyqırımları tarixinə dair müxtəlif adda kitablar hədiyyə edilmişdir. Azərbaycan Xalq Cümhuriyyətinə həsr edilmiş müxtəlif illərdə keçirilmiş Konfransların materiallarından ibarət jurnal və kitablar, xüsusilə AXC-nin 100 illiyinə həsr olunmuş “Müsəlman Şərqində İlk Parlamentli Respublika” adlı konfrans materialları Kompleks əməkdaşlarının, eləcə də Kompleks kitabxanısına müraciət edəcək və bu sahədə araşdırma aparacaq oxucuların ətraflı məlumat əldə etməsinə töhfə olacaqdır.
1 iyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günü
Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 104-cü ildönümüdür.

1918-ci il may ayının 28-də Azərbaycanın müstəqilliyini bəyan edən “İstiqlal Bəyannaməsi” qəbul edilib. Yeni qurulan Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni imkanlarının ən son həddində çalışaraq şərəflə yerinə yetirmişdir
Məlum olduğu kimi Azərbaycan Xalq Cцmhuriyyəti müsəlman Şərqində ilk parlamentli respublika olmuşdur. Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın milli oyanışı prosesinin məntiqi nəticəsi kimi meydana çıxmışdır. 1918-ci il mayın 28-də Azərbaycanın istiqlaliyyətinin elan edilməsində Xalq Cümhuriyyətinin təşəkkül tapmasında və fəaliyyət göstərməsində Cümhuriyyətə rəhbərlik etmiş görkəmli dövlət xadimlərinin, vətənpərvər ziyalıların, peşəkar hərbçilərin adları xalqımızın yaddaşına əbədi həkk olunmuşdur.
Qeyd etmək lazımdır ki, Azərbaycan Xalq Cümhuriyyəti Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini birləşdirən yeni dövlət və cəmiyyət nümunəsi olmuşdur. Demokratik hüquq və azadlıqların bərqərar olması, etnik və dini mənsubiyyətdən asılı olmayaraq bütün vətəndaşların bərabər hüquqlarının tanınması, hətta bir çox Avropa ölkəsindən daha əvvəl qadınlara seçki hüququnun verilməsi, Azərbaycan dilinin dövlət dili elan edilməsi, təhsil və mədəniyyətin inkişafına xüsusi diqqət göstərilməsi, nizami milli ordunun qurulması və sair işlər Xalq Cümhuriyyəti hökumətinin yürütdüyü daxili siyasətin miqyasını və mənasını tam şəkildə səciyyələndirir. 1920 –ci ilin 11 yanvarında Versal sülh konfransında Azərbaycan Xalq Cümhuriyyətinin de-fakto tanınması barədə qərar qəbul olunması isə xarici siyasətdə Azərbaycan diplomatiyasının ən böyük uğuru olmuşdur.
71 illik sovet işğalından sonra müstəqilliyinin yeni mərhələsinə qədəm qoyan müasir Azərbaycan Respublikası bu gün AXC –nin layiqli varisi kimi onun şərəfli işini davam etdirir.
“Müstəqilliyimiz Əbədidir” adlı tədbir
“28 May Müstəqillik Günü”nün 104-cü ildönümü ilə əlaqədar Quba şəhərində “Soyqırımı Memorial Kompleksi” və Bakı şəhəri Seyid Cəfər Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasını birgə təşkilatçılığı ilə “Müstəqilliyimiz Əbədidir” adlı tədbir keçirilmişdir. Tədbirdə Kompleksin direktoru t.ü.f.d Rəxşəndə Bayramova və elmi işçisi t.ü.f.d Sübhan Talıblı 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından, eləcə də Müstəqil Azərbaycan Cümhuriyyətinin qısa müddət ərzində böyük nailiyyətlər və qalibiyyətlər əldə edilməsibarədəməruzələrlə çıxışlar etmişlər. Sonda Gimnaziya rəhbərinə və fəal şagidlərə Sertifikatlar təqdim edilmişdir.
Bakı Dövlət Universitetində 28 May- Müstəqillik Gününə həsr olunmuş "Müsəlman Şərqinin İlk Cümhuriyyəti: Milli Dövlət Quruculuğunun Elmi-Nəzəri Əsasları və Əsas İstiqamətləri" mövzusunda RESPUBLİKA Elmi KONFRANSI keçirilmişdir.
Konfransda iştirak edən Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin elmi şöbəsinin əməkdaşlarından; Lətafət Beybutova, Ülkər Zeynalova, Abutalib Turabov, Namiq Bağırlı yazdıqları elmi məqalələri ilə çıxış etmişlər. Sonda əməkdaşlar təşkil olunmuş kitab sərgisi ilə də tanış olmuşlar.