Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Soyqırımı Memorial Kompleksinin açılış mərasimindəki çıxışı
Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin direktoru, tarix üzrə fəlsəfə doktoru Rəxşəndə Bayramovanın aze.az xəbər portalında müsahibəsi
Tarix üzrə fəlsəfə doktoru , soyqırımı tədqiqatçısı Rəxşəndə Bayramova - 1918-ci il mart soyqırımı.
Unutmadıq! Unutmayacağıq!
31 Mart Azərbaycanlıların Soyqırımı Günüdür.
Quba Soyqırım Memorial Kompleksi barədə film
Türkiyənin Azərbaycan Respublikasindakı səfiri cənab Erkan Özoral . (Soyqırımı Memorial Kompleksinə ziyarəti zamanı Xatirə kitabına qeydlərindən.)
BIZ BU GUN AYIQ OLMALIYIQ.XÜSUSƏN
GƏNCLERIMIZ-.”KEÇMİŞİMİZİ ÖYRƏNİB GƏLƏCƏYİMİZƏ SAHİB CIXMALIDIRLAR”
Israilin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab George Dik (Soyqırımı Memorial Kompleksinə ziyarəti zamanı Xatirə kitabına qeydlərdən.)
Hər insanın ürəyində keçmişin faciə və vəhşiliklərini xatırladan bir işarə olmalıdı. Israil xalqı və dövləti Azərbaycan xalqının ağrı və acısını bölüşür, birlikdə gələcək nəsillər üçün kədərsiz və agrısız bir həyat quracagımıza ümid edir.
BÜTÜN DÜNYA ÖLƏNLƏRİN XATİRƏSİNİ YAD ETMƏLİ VƏ UNUTMAMALİDİR.
Israilin Mudafie Naziri cənab Aviqdor Liberman (Soyqırımı Memorial Kompleksinə ziyarəti zamanı Xatirə kitabına etdiyi qeydlərdən.)
Bütün dünya ölənlərin xatirəsini yad etməli və unutmamalıdı.
1918-ci il Azərbaycanlıların soyqırımı hadisələrinə dair bir neçə kitab müəllifi Tarix üzrə fəlsəfə doktoru, dosent Vaqif Abışov / Azərbaycan Televiziyasına öz təşəkkürümüzü bildiririk. AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun “Azərbaycan xalqına qarşı soyqırımları tarixi” şöbəsinin aparıcı elmi işçisi, dosent, tarix üsrə fəlsəfə doktoru ...
Göyçay qəzası
1918-ci il iyun ayının 14-də Göyçay qəzası “bolşevik qoşunları” adı altında hərəkət edən erməni dəstələrinin güclü hücumuna məruz qalmışdır. Göyçay qəzasının Kürdəmir qəsəbə sakinlərinin müqavimətini qıran erməni dəstələri burada insanlığa sığmayan ağlagəlməz vəhşiliklər törətmişlər. Son nəticədə 56 ev və dükan, 127 mülk, 2 məscid binası tamamilə yandırılır, qalan bütün ev və mülklər dağıdılmış, talan və qarət edilmişdir. İstər Kürdəmir stansiyasının, istərsə də kəndinin bütünlüklə dağıdılmasının, qalan əhalinin məhv edilməsinin qarşısını isə Qırmızı ordu hissələri tərkibində olan ruslar və qismən bolşeviklərlə əməkdaşlıq edən iranlı (cənubi azərbaycanlı) fəhlələr almışdır. FTK-nın sənədlərində “rus və azərbaycanlı bolşeviklərlə ermənilər arasında” Kürdəmirdə milli qırğınlara son qoyulması zəminində baş verən münaqişələr, hətta bir neçə erməni əsgərinin güllələnməsinə dair şəhadətlər gətirilir.
Kürdəmirdən başqa Göyçay qəzasının Caylı, Qaravəlli, Qarabucaq, Mustafalı, Xəlil-Qasımbəy, Ərəb-Mehdibəyli, Dədəli və digər kəndləri də erməni hücumlarına məruz qalır və insan tələfatı ilə üzləşirlər. Məsələn, Ərəb-Mehdibəyli kəndində 84 ev dağıdılıb yandırılmış, kəndin 83 sakini, o cümlədən 78 kişi, 4 qadın və 1 oğlan uşağı qətlə yetirilmişdir.
1918-ci ilin yayında Bakı Soveti Ordusu ilə Qafqaz İslam qoşunları arasında gedən Göyçay qəzasının Qaraməryəm kəndi yaxınlığında gedən döyüşlər azərbaycanlıların xeyrinə dəyişərək həlledici əhəmiyyətə malik olmuş və Azərbaycan torpaqlarının düşməndən azad olunmasının əsasını qoymuşdur.

