


Şəki Xan Sarayı Şəki Xan Sarayı Azərbaycanın memarlıq incilərindən biridir. Saray 1762-ci ildə Şəki xanı Hüseyn xan Müştaq tərəfindən inşa etdirilmişdir. Tarixi bina Şəki şəhərinin Yuxarı Baş memarlıq kompleksində qala divarlarının içərisində yerləşir. Azərbaycanın memarlığının ən gözəl nümunələrindən hesab olunur və 2019-cu ildə UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilib. Özündə həm də xalq yaşayış binalarının xüsusiyyətlərini daşıyan saray binası Qafqazda XVIII saray memarlığının ən gözəl nümunələrindən biri olmaqla, həm də İslam Şərqinin memarlıq incilərindən biri hesab edilir. Binanın baş fasadı dünyada analoqu olmayan ən xırda, həndəsi fiqurlara bölünmüş, ağac parçaların aralarına müxtəlif rəngli şüşələr geyindirilmiş şəbəkə pəncərə və qapılardan ibarətdir. Şəki Xan Sarayı təkcə bir memarlıq abidəsi deyil, həm də Azərbaycan xalqının incəsənət, memarlıq və mədəni irsinin parlaq nümunəsidir. Onun qorunması və gələcək nəsillərə ötürülməsi böyük əhəmiyyət daşıyır.





Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti, Beynəlxalq Qalereya və Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunan “Vətənpərvərlik Etüdləri” adlı 20-dən çox rəssamın iştirakı ilə etüd-sərgi təşkil edilib.
Bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının milli yaddaşının qorunması və həlak olan on minlərlə azərbaycanlının xatirəsinin əbədiləşdirilməsi məqsədilə cənab Prezident İlham Əliyevin 30 dekabr 2009- cu il tarixli sərancamı, Heydər Əliyev fondunun təşəbbüsü təşəbbüsü ilə Quba şəhərində “Soyqırımı Memorial Kompleksi” yaradılmışdır.
Səfir Birol Akgünə 2007-ci ilin aprel ayında ərazidə torpaq işləri görülərkən kütləvi məzarlığın aşkarlandığı bildirilib. Bundan sonra Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda geniş tədqiqat işləri aparılıb. Tədqiqatlar nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımı ilə bağlı olduğu müəyyən edilib. Tədqiqat işlərinin nəticəsi olaraq məzarlıqda müxtəlif yaş qruplarına aid 500-dən çox insan qalıqları aşkar edilib. Sonda cənab səfir Quba Soyqırımı Memorial Kompleksinin xatirə kitabına ürək sözlərini yazmışdır.