
Əziz izləyicilər, bu yaxınlarda ADA Universitetinin (ADA University) tǝşǝbbüsü vǝ dǝstǝyi ilǝ Azǝrbaycan Xalq Cümhuriyyǝti Hökumǝtinin ilk mətbu orqanı olan “Azǝrbaycan” qǝzetinin transliterasiya edilmiş külliyatı Soyqırımı Memorial Kompleksinə hədiyyə olunub.
Qeyd edək ki, Azərbaycan qəzetinin külliyatı ölkəmizin tarixi həqiqətlərinin qorunub saxlanılması baxımından böyük önəm daşıyır.
Buna görə başda Azərbaycan Diplomatik Akademiyasının rektoru cənab Hafiz Paşayevə, o cümlədən bu işdə əziyyəti olan Mehdi Genceli, Azad Ağaoğlu-ya və digər insanlara Memorial Kompleksin rəhbərliyi adından dərin minnətdarlığımızı bildiririk.
Ümidvarıq ki, Kompleksin nadir fonddan ibarət kitabxanasına yeni daxil olmuş bu dəyərli kitablar tarixçi, araşdırmaçı, müəllim, tələbə və şagirdlər üçün faydalı olacaq.

Məhəmməd Said Marağeyi

Bakıda qanlı mart günlərində mən, ən ciddi surətdə Şaumyanın rəhbərlik etdiyi yeni hökumətdən iranlıların canının və malının təhlükəsizliyinin təmin edilməsini tələb etdim, hər bir vasitə və üsulla, nə olursa-olsun tǝrəflərin qətl və qarətlərə son qoymağa məcbur edilməsinə, asayişin bərpa olunmasına çağırdım…. Bu dağıdıcı daxili müharibədə hər iki tərəfdən çoxlu sayda insan tələfati oldu. Belə ki, ölülərin və yaralıların yığılması, şəxsiyyətlərinin müəyyən edilməsi üçün yalnız mənim yaratdığım komissiya tərəfindən 5000 nəfərdən artıq iranlı və qeyri-iranlı müsəlmanın qətlə yetirildiyi sübut olundu. Bütün bu cəsədlərin kəfənələnməsi, dəfni həmin komissiyanın öhdəsinə düşdü.
Məhəmməd Said Marağeyi,
“Siyasi xatirələr”, Tehran, 1994, s. 49.
22 İyul Milli Mətbuat Günüdür.
Azərbaycan mətbuatı tarixində 1918–20-ci illər əvvəlki dövrlərə nisbətən ən yüksək inkişaf mərhələsini yaşayıb. Bu dövrün mətbuatı həm keyfiyyət, həm də kəmiyyət baxımından milli mədəniyyətin mühüm tərkib hissəsi kimi Azərbaycan həyatının canlı salnaməsinə çevrildi. İki il içərisində ölkədə 100-ə yaxın qəzet və jurnal nəşr olundu. Cümhuriyyət dövrü mətbuatının səciyyəvi xüsusiyyəti təkcə onun say göstəricisində deyil, hər şeydən əvvəl ideya-məzmun zənginliyində idi.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə aşağıdakı milli istiqlal ideyalı mətbuat orqanları nəşr olunmuşdur:”İstiqlal”, “Azərbaycan”, “İttihad”, “Gənclər yurdu”, “Qurtuluş” və s.
Bu gün münasibətilə mətbuat sahəsində fəaliyyət göstərən bütün əməkdaşları təbrik edir, işlərində uğurlar arzulayırıq.

Tarixçilərin qələmindən

Tarixçilərin qələmindən

Prof.dr. Seyit Sertçelik
Ermənilər Anadolunun bir çox yerlərində silaha sarılaraq cəbhə arxasında dövlətin təhlükəsizliyini pozacaq tədbirlər həyata keçirirdilər. Bir tərəfdən, şəhər və qəsəbələrdə çıxarılan üsyanlarla Osmanlı təhlükəsizlik gücləri ilə atışan ermənilər, digər tərəfdən də, xüsusilə, Qafqaz cəbhəsi ilə cəbhə arxasında əsgər, silah və sursat daşınması, rabitə kimi strateji baxımdan əhəmiyyətli mövzularda Osmanlı birliklərini çətin vəziyyətə salacaq hərəkətlər edirdilər.
Prof.dr. Seyit Sertçelik
Rus və Erməni Mənbələri İşığında Erməni Problemi 1915 – 1923
Səh. 221
Soyqırımı Memorial Kompleksi, Quba rayon Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Liseyinin, “Outsite” şirkətinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsinin “Ümumi təhsil müəssisələri” kateqoriyası üzrə qalib olan "Həm öyrənək, həm dincələk!" layihəsinin 100-ə yaxın şagirdi üçün Soyqırımı Memorial Kompleksində 1918-ci il azərbaycanlılara qarşı törədilmiş soyqırımlarına həsr olunmuş bələdçilik təlimi keçirilmişdir.
Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”ndə “İnsan hüquq və azadlıqlarının qorunmasında Heydər Əliyevin rolu” mövzusunda növbəti “Ustad dərsi” keçirilib.
Tədbirdə Ombudsmanın Şimal Regional Mərkəzinin rəhbəri Bəhruz Əfəndiyev çıxış edərək Heydər Əliyevin 10 fevral 1998-ci ildə imzaladığı “Ölüm hökmünün ləğv olunması” fərmanı ilə Azərbaycanın dünyəvi, demokratik, humanizm prinsiplərini üstün tutan bir ölkə olduğunu təsdiqləmişdir. Bu fərmanla Şərqdə ilk dəfə ölüm hökmünün ləğv olunduğunu qeyd edən natiq bu siyasətin bu gün də uğurla davam etdirdiliyini bildirmişdir. Seminarda Kompleksin 15-dən artıq əməkdaşı iştirak edib.
Tarixçilərin qələmindən

Mərakeşin Rabat şəhərində ICESCO və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi arasında əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində görüş keçirilib
Tarixçilərin qələmindən

Tarix üzrə fəlsəfə doktoru Natiq Məmmədzadə.
22 yanvar 1920-ci ildə AXC-nin xarici işlər naziri F. X. Xoyski Ermənistan Xarici İşlər Nazirliyinə nota göndərərək bunları bəyan etdi: “Mən hökumətimdən məlumat aldım ki, yanvarın 19-da Ermənistan hökumətinin qoşunları, silahlı dəstələrlə birlikdə Zəngəzurdan Şuşa qəzası istiqamətində hücum əməliyyatlarına başlayıb , onların hərəkət yolu boyunca bütün müsəlman kəndləri məhv edilib, onlardan 9-u son günlər darmadağın edilib… görünən odur ki, hökumətlərinin müəyyən planını yerinə yetirən erməni qoşunları, sakinləri insanlığa sığmayan qırğınlara məruz qoyaraq müsəlman kəndlərini yenidən məhv etməyə başladılar. Ermənistan hökumətinin öz üzərinə götürdüyü öhdəliklərə bu cür məhəl qoymaması, artıq əldə edilmiş razılaşmaları tamamilə dəyərdən salması, mənim hökumətimi əminlikdən, yaranmış münasibətləri sülh danışıqları yolu ilə nizamlamaq imkanından məhrum edir…
Mənbə: Azərbaycanın Qarabağ bölgəsində yaşayan azərbaycanlıların soyqırımı (1918-1920) Bakı – 2017 səh, 56-342
Tarixçilərin Qələmindən

Mayın 1-də (1918) şəhərə daxil olan erməni silahlı dəstələri həmin günü şəhərin aşağı hissəsində 713 müsəlmanı qətlə yetirmişdilər. Onların çoxu qadın və uşaqlar idi. Böyük Şosse və Bazar küçələrindəki evlər qarət edilirdi. Hamazaspın silahlı dəstələri şəhəri dörd hissəyə bölərək hər bir hissədə ayrıca qərargah yaradırdılar. Birinci qərargah Leontev bağının yanında, ikinci qərargah erməni kilsəsinin ərazisində, üçüncü qərargah müsəlman qəbirstanlığının yaxınlığındakı yüksəklikdə, dördüncü mərkəzi qərargah isə yəhudi qəsəbəsi hündürlüyündə yaradılmışdır.
Mənbə: Vaqif Abışov. Quba qəzasında Azərbaycan xalqına qarşı Soyqırımı. S-15

