“Azərbaycanda Sovet işğalına qarşı müqavimət hərəkatı” mövzusunda onlayn seminar keçirilmişdir

21.02.2023-cü il tarixində Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”ndə  31 mart azərbaycanlıların soyqırımının 105-ci ildönümü ərəfəsində “Azərbaycanda Sovet işğalına qarşı müqavimət hərəkatı” mövzusunda onlayn seminar keçirilmişdir. Kompleksin direktor müavini Mehriban Əliyevanın moderatorluğu ilə keçirilmiş onlayn tədbirdə kompleksin əməkdaşları –  Dr.Sübhan Talıblı “1920-ci ildə Sovet rejiminə qarşı Qarabağda üsyan”, Aysu Bülbülzadə “Sovet işğalına qarşı Gəncədə müqavimət hərəkatı”, Aslan İslamov “Sovet işğalına qarşı müqavimət hərəkatının fəal iştirakçısı Əli bəy Zizikski” mövzusunda çıxışlar etmişdir. Seminarda Soyqırımı Memorial Kompleksinin əməkdaşları ilə birgə Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeçiliyində olan qoruqların 50-dən artıq elmi işçisi, eləcə də bələdçiləri iştirak etmişlər.

Qeyd edək ki, 31 mart azərbaycanlıların soyqırımının 105-ci ildönümü ilə əlaqədar fevral ayı ərzində keçirilmiş silsilə onlayn tədbirlərdə müxtəlif tarixi-mədəniyyət qoruqlarının ümumilikdə 150-dən çox əməkdaşı iştirak etmişidir. Seminarlar feysbuk sosial şəbəkəsində canlı olaraq yayımlanmışdır.

XX Əsr Azərbaycanda Müqavimət Hərəkatı

1920-ci ildə bolşeviklər Azərbaycanı işğal edərkən Azərbaycanın bir çox bölgələrində xalq bolşeviklərə qarşı üsyanlar başladır. Bu üsyana, əsasən, Gəncə rəhbərlik edirdi və üsyanın lideri Cahangir bəy Kazımbəyli idi. Cahangir bəy Kazımbəyli 15 mart 1894-cü ildə Gəncə şəhərində anadan olmuşdur. I Dünya müharibəsində Rusiya tərəfində vuruşan Cahangir bəy daha sonra Gəncəyə dönərək Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən yaradılan Milli Orduda alay komandiri olaraq mübarizəyə başlamış və Gəncə üsyanına başçılıq etmişdi.

31 mart azərbaycanlıların soyqırımının 105-ci ildönümü ərəfəsində Quba şəhərində "Soyqırımı Memorial Kompleksi"ndə "XX əsrin əvvəllərində Azərbaycanda müqavimət hərəkatı" mövzusunda silsilə onlayn tədbirlər keçirilir.

Belə ki, 15.02.2023-cü il tarixində Kompleksin direktoru Dr. Rəxşəndə Bayramovanın moderatorluğu ilə keçirilmiş I onlayn seminarda Kompleksin əməkdaşları – Mehriban Əliyeva “Quba qəzasının müdafiəçiləri – Həmdulla əfəndi”, Orxan Hüseynov “Bakı qoçuları”, Səriyyə Abidova “Qafqaz İslam Ordusnun Bakını azad etməsi”, Emin Ulubəyov isə “XX əsrin əvvəllərində Quba qəzasında baş vermiş hadisələr” mövzusunda çıxışlar etmişlər.
16.02.2023-cü il tarixində keçirilmiş onlayn seminarda isə Kompleksin əməkdaşları – Lətafət Beybutova “Azərbaycan Xalq Cümhuriyyətinin ilk hərbi naziri Xosrovpaşa bəy Sultanov”, Namiq Bağırlı “Cümhuriyyət fədaisi Həbib bəy Səlimov”, Ülkər Zeynalova isə “İsmayıl Ziyadxanlının siyasi-diplomatik fəaliyyəti” mövzusunda çıxışlar etmişdir.
Qeyd edək ki, onlayn seminarlarda Soyqırımı Memorial Kompleksi əməkdaşları ilə birgə Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeçiliyində olan qoruqların 50-dən artıq elmi işçisi, eləcə də bələdçiləri iştirak etmişlər və seminarlar Kompleksə aid feysbuk səhifəsində canlı yayımlanmışdır.

XX Əsr Azərbaycanda Müqavimət Hərəkatı

1918-ci ilin aprel- may aylarında Quba qəzasında baş vermiş soyqırımlar zamanı Hamazaspın daşnak-erməni dəstələrinə qarşı mübarizə aparanlardan biri də BDU-nin professoru, tarix elmləri doktoru Əlisultan Quliyev idi. O, 1901-ci ildə Quba rayonunun Digah kəndində anadan olmuşdur. Əlisultan Quliyev Digah müdafiə dəstələrinin fəal iştirakçılarından olan Bədəl Kərimov, Əziz Şabanov, Babay Məlikməmmədov, Molla Şahbala, Mirzəbay Şadiyev, Daşdı Əhmədov ilə birgə erməni daşnaklarına qarşı igidliklə döyüşmüşlər. Həmin vaxtda “Qanlı dərə” də gedən şiddətli döyüşlər zamanı köməyə gələn Möhübəli Əfəndi, Hatəm ağa, Əlibəy Zizikskinin dəstələri, eləcə də Alpandan, Xucbaladan, Qusar nahiyəsindən Urva, İmamqulukənd, Hil, Köhnə Xudat, Gədəzeyxür və sairə kəndlərdən, həmçinin Dağıstandan gələn könüllülər birgə erməni daşnak hərbi qüvvələrini darmadağın etmişdir.

Tarixçilərin Qələmindən

1918-ci ilin martında Bakıda növbəti insident baş verdi. Hacı Zeynalabdin Tağıyevin vəfat etmiş oğlunun nəşini gətirən “Evelina” gəmisində Azərbaycan hərbçilərindən ibarət dəstənin tərksilah edilməsi xalqın qəzəb hissini coşdurdu. Bu situasiyadan istifadə edən bolşeviklər Şaumyanın özünün Stalinə yazdığı məktubda da ifadə etdiyi kimi ilk atəşdən istifadə edib bütün cəbhə boyu hücuma keçdilər. O ilk atəşi kimin açdığı isə tarixdə bu günə qədər də müəyyən edilməyib. Amma ermənilərin ötən yüz illik ərzində törətdikləri qanlı cinayətlərin tarixi göstərir ki, daim ilk situasiyanı yaradan, hücuma keçib öz təcavüzkar siyasətini həyata keçirmək üçün ilk təxribatı yaradan da məhz ermənilər olublar.
Səs qazeti
06.04. 2015-ci ildə dərc edilib.
Tarix üzrə fəlsəfə doktoru, dosent, Firdovsiyyə Əhmədovanın 1918-ci il mart hadisələri barədə yazır:

Çar Rusiyası və İran arasında bağlanan, Azərbaycanı iki yerə bölən Türkmənçay müqaviləsinin imzalanmasından bu gün 195 il ötür.

Rusiya generalı İvan Paskeviç və İran şahzadəsi Abbas Mirzənin imzaladığı müqavilədə İrandan və Türkiyədən erməni əhalisinin İrəvan, Naxçıvan, Qarabağ və s. Azərbaycan torpaqlarına köçürülməsi, İranın Rusiyaya təzminat ödəməsi, Rusiya donanmasının Xəzər dənizinə şəriksiz hakim olması və rus tacirlərinin İranda ticarət güzəştləri əldə etməsi barədə maddələr də öz əksini tapmışdır.

Türkiyə Respublikasının Prezidenti Zati-aliləri cənab Rəcəb Tayyib Ərdoğana

 

Hörmətli cənab Prezident,

Əziz Qardaşım,

Kahramanmaraşda baş vermiş və qardaş Türkiyənin bir çox yerlərində hiss edilmiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər bizi olduqca kədərləndirdi.

Bu ağır məqamda hər cür yardım göstərməyə hazır olduğumuzu bildirir, faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyir, zəlzələnin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıram.

Allah rəhmət eləsin!

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 6 fevral 2023-cü il

 

Gənclər Günü münasibətilə muzeylərdə “açıq qapı” olacaq

2 fevral Azərbaycan Gəncləri Günüdür. Prezident Heydər Əliyevin 1997-ci ildə imzaladığı fərmanla əsası qoyulan əlamətdar gün ölkəmizdə hər il müxtəlif tədbirlərlə qeyd olunur.

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən gənclərin asudə vaxtının səmərəli təşkili, onların muzey müəssisələri vasitəsilə Azərbaycanın zəngin mədəni irsi ilə yaxından tanış olmalarının təmin edilməsi məqsədilə layihələr həyata keçirilir.

Azərbaycan Gəncləri Günü ilə əlaqədar 1-2 fevral tarixlərində Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən muzeylərdə gənclər üçün “açıq qapı” olacaq.

Bununla əlaqədar həmin günlərdə yaşı 14-dən 29-dək olan şəxslərin muzeylərə sərbəst girişi təmin ediləcək.

20 Yanvar

20 Yanvar – uzun illər sovet imperiyasının əsarətində yaşayan Azərbaycan xalqının azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir.
1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə Bakıya yeridilən sovet qoşun hissələri küçələrə çıxıb imperiyaya qarşı öz etirazlarını bildirən dinc əhalini ağır texnika və müxtəlif tipli silahlardan atəşə tutmuşlar. Buna baxmayaraq, soyuq qış gecəsində Bakının küçə və meydanlarına doluşan insanların o gecə ürəklərinə yalnız bir hiss hakim kəsilmişdir -Azadlıq, Müstəqillik. İnsanların gülləyə tutulduğu, tankların altında əzildiyi həmin gün tariximizin dönüş nöqtəsi oldu, azadlıq yolunda günəş doğdu. Bir qədər sonra isə tarixi məqam yetişdi və Azərbaycan XX əsrdə ikinci dəfə müstəqilliyinə qovuşdu.

20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar Quba şəhərində “Soyqırımı Memorial Kompleksi” və Quba Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “20 yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda tədbir keçirilmişdir.

Xalqımızın qan yaddaşı olan 20 yanvar faciəsində qəhrəmancasına şəhid olan, millətimizin azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Tədbirdə 1990-cı ilin yanvarında sovet imperiyasının qoşun birləşmələrinin Azərbaycan xalqına, dinc əhaliyə qarşı törətdiyi cinayətlərdən, eləcə də ulu öndər Heydər Əliyevin 1990-cı il yanvarın 21-də sovet rejiminin qadağalarına baxmayaraq, həyatını təhlükə qarşısında qoymaqla Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etdiyi barədə çıxışlar edilmişdir.

Tarixdə bu gün: 11 yanvar 1920-ci il tarixində Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyi Versal Sülh konfransında de-fakto tanınmışdır.

Azərbaycan Parlamentinin sədri Əlimərdan bəy Topçubaşovun başçılıq etdiyi nümayəndə heyəti, Qərb dairələri ilə aparılan bir illik gərgin danışıqlardan sonra müstəqilliyimizin tanınmasına nail olunmuşdu. Belə ki, 1920 –ci il yanvarın 11-də I Dünya müharibəsinin yekunlarına həsr olunmuş Paris sülh konfransının Ali Şurasında Böyük Britaniyanın xarici işlər naziri Kerzonun təklifi ilə Azərbaycan Cümhuriyyətinin tanınması barədə qərar qəbul olundu.
1920-ci il yanvarın 14-də Azərbaycan Cümhuriyyətinin Baş naziri Nəsib Bəy Yusifbəyli Ə.B.Topçubaşova təqdim edilmiş Paris Sülh konfransının rəsmi qərarını vətəndaşlara açıqlamış və həmin tarix Azərbaycan Xalq Cümhuriyyətində qeyri-iş günü elan olunmuşdur. Bakıda bu münasibətlə bayram şənliyi keçirilmiş və parlamentin təntənəli iclası olmuşdur. İclasda Məhəmməd Əmin Rəsulzadə çıxış edərək, nitqini bu sözlərlə bitirmişdir:”Azərbaycan xalqı öz istiqlalını dünyaya tanıtdı. Bir kərə yüksələn bayraq, bir daha enməz!”