Beyləqan şəhərində “Heydər Əliyev ili” və 31 mart azərbaycanlıların soyqırımının 105-ci ildönümü ilə əlaqədar Soyqırımı Memorial Kompleksi tərəfindən keçirilən növbəti tədbir "Ulu Öndər Heydər Əliyevin 1998-ci il 26 mart tarixli azərbaycanlıların soyqırımı haqqında fərmanının tarixi əhəmiyyəti" mövzusunda olub. Beyləqan Heydər Əliyev Mərkəzində keçirilmiş tədbirdə Beyləqan Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, Kürdəmir Regional Mədəniyyət İdarəsinin Beyləqan Rayon Nümayəndəliyi, Tarix Diyarşünaslıq Muzeyi, Mədəniyyət Evi, Mərkəzləşdirilmiş Kitabxana Sisteminin rəhbər və işçi heyəti, eləcə də ümumrayon təhsil müəssisələrinin müəllim və şagird kollektivi iştirak edib.

Tədbirdə çıxış edən natiqlər ermənilər tərəfindən Azərbaycan xalqına qarşı son 2 əsrdə həyata keçirilmiş soyqırımı və deportasiya siyasətinin mahiyyəti, tarixi kökləri barədə məlumat veriblər. Bildirilib ki, 1918-ci il azərbaycanlıların soyqırımına ilk dəfə siyasi qiymətin verilməsi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. 1998-ci il martın 26-da Ümummilli Lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Azərbaycan Respublikası Prezidentinin fərmanında həmin dəhşətli hadisələrə adekvat siyasi qiymət verilib və 31 Mart Azərbaycanlıların Soyqırımı Günü elan edilib.

Kürdəmir şəhərində “Heydər Əliyev ili” və 31 mart azərbaycanlıların soyqırımının 105-ci ildönümü ilə əlaqədar Soyqırımı Memorial Kompleksi tərəfindən silsilə tədbirlər davam etdirilir. “1918-ci il azərbaycanlılara qarşı törədilmiş soyqırımın tanıdılması istiqamətində Ulu Öndər Heydər Əliyevin fəaliyyəti” mövzusunda növbəti tədbir Kürdəmir Heydər Əliyev Mərkəzində keçirilib.

Tədbirdə Kürdəmir Regional Mədəniyyət İdarəsi, Tarix Diyarşünaslıq Muzeyi, Rəsm Qalereyası və Mərkəzləşdirilmiş Kitabxana Sisteminin rəhbər və işçi heyəti iştirak edib. Çıxışçılar 1918-ci ildə erməni vandalları tərəfindən həyata keçirilmiş soyqırımı hadisələrindən, Ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” fərmanının bu soyqırımıların tanıdılması istiqamətində mühüm sənəd olduğunu məruzlərində qeyd etmişlər. Sonda tədbir iştirakçılarına soyqırımı həqiqətlərini özündə əks etdirən kitab və bukletlər təqdim edilmişdir.
 
 
 

Tarixçilərin Qələmindən

Tarix elmləri doktoru, professor Ataxan Paşayev “Açılmamış səhifələrin izi     ilə” kitabında yazır:
“Bakıdakı qanlı mart hadisələri Sovet dövrünün tarixçiləri tərəfindən tarixi faktların və sənədlərin əksinə olaraq bu soyqırımı bir millətin başqa millətə qarşı ədavəti nəticəsində həyata keçirdiyi soyqırımı siyasəti deyil, ümum-Rusiya vətəndaş müharibəsinin tərkib hissəsi, Sovet hakimiyyəti uğrunda bolşeviklərin mübarizəsi və onların əks-inqilab üzərində böyük qələbəsi kimi təqdim edilmişdir. Bununla belə əlavə etmək yerinə düşərdi ki, Sovet dövrü tarixçilərinin xorunda erməni ah-zarı, naləsi ilə pərdələnmiş özünəməxsus bir saxtakarlıq da diqqəti cəlb edir. Yalnız üzdəniraq “partiya və dövlət xadimi, alim və pedaqoq, kommunist və vətəndaş” (Henri Azatyan) Con Kirakosyanın “Gənc türklər tarixin məhkəməsi qarşısında” (Yerevan, “Ayastan” nəşriyyatı, 1986-cı il) kitabını vərəqləmək kifayətdir ki, tarixin nə qədər təhrif edildiyinin, qərəzlə qələmə alındığının şahidi olasan”.

 

İmişli şəhərində “Heydər Əliyev ili” və 31 mart azərbaycanlılara qarşı törədilmiş soyqırımın 105-ci ildönümü ilə əlaqədar İmişli Rayon Heydər Əliyev Mərkəzində tədbir keçirilmişdir

Kürdəmir Regional Mədəniyyət İdarəsinin İmişli rayon nümayəndəliyi, Quba şəhərində “Soyqırımı Memorial Kompleksi” və İmişli Rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev ili”, eləcə də 31 mart azərbaycanlıların soyqırımının 105-ci ildönümü ilə əlaqədar 28.02.2023-cü il tarixində İmişli Rayon Heydər Əliyev Mərkəzində maarifləndirici tədbir keçirilmişdir. Tədbirdə Kürdəmir Regional Mədəniyyət İdarəsinin İmişli rayon nümayəndəliyinin, İmişli Rayon Veteranlar Cəmiyyətinin, İmişli Rayon Musiqi Məktəbinin, Tarix Muzeyinin, rayon kitabxanasının və yerli mədəniyyət müəssisələrinin rəhbər, işçi heyəti iştirak etmişlər. Tədbir zamanı Soyqırımı Memorial Kompleksinin əməkdaşı Aysu Bülbülzadə iştirakçılara XX əsrin əvvəllərində azərbaycanlılara qarşı törədilmiş soyqırımı hadisələri, Ulu öndər Heydər Əliyevin 1998-ci il 26 mart fərmanı ilə bu hadisələrə siyasi qiymətin verilməsi və  azərbaycanlılara qarşı törədilmiş soyqırımların ölkə hüdudlarından kənarda tanıdılması istiqamətindəki tarixi fəaliyyəti barədə məlumat vermişdir. Daha sonra çıxış edən natiqlər soyqırımın bəşəri bir cinayət olduğunu qeyd etmişlər. Tədbirin sonunda soyqırımı hadisələri ilə bağlı sənədli film nümayiş olunmuş, mövzu ilə əlaqəli kitab və bukletlər paylanılmışdır.

Qeyd edək ki, bu il 31 mart azərbaycanlıların soyqırımının 105-ci ildönümüdür və müvafiq tədbirlər planına uyğun olaraq Memorial Kompleks tərəfindən silsilə tədbirlər keçirilir.

"Əniq qalası"

Orta әsrlәrә aid olan Əniq qalası dәniz sәviyyәsindәn 1100 m hündürlükdә, Qusarçayın sağ sahilindә, strateji baxımdan әhәmiyyәtli әrazidә tikilmişdir. Salavat dağ keçidini nәzarәt altında saxlayan Əniq qalası indiki Əniq kәndinin cənubunda yerlәşirdi. Qalanın tikintisindә relyefin bütün imkanlarından uğurla istifadә edilmiş, süni istehkamlar da quraşdırılmışdı. Müdafiә divarları çay daşlarından tikilmişdir. Divarların yalnız iki hissәsi qalıb: birinci hissәnin uzunluğu 15-16 metrdir. İkinci hissə isә qala darvazasının künc bürcüdür. Qalıqların hündürlüyü 5,8 metrdən 9,3 metrə qәdәrdir. Qala әrazisindәn IX-XIII әsrlәrә aid şirli qab qırıqları tapılmışdır. Gürcü xronoqrafının mәlumatına әsasәn, IX әsrdәn mövcud olan Əniq qalasının 1288-ci ildә dağıdıldığı ehtimal edilir.

Mədəniyyət Nazirliyinin kollektivi Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edib

XX əsrdə bəşər tarixinə Xocalı soyqırımı kimi daxil olan qanlı faciənin 31-ci ildönümüdür. Bu münasibətlə fevralın 26-da Mədəniyyət Nazirliyinin kollektivi Xocalı soyqırımı abidəsini ziyarət edərək önünə çiçəklər düzüb, faciə qurbanlarının xatirəsinə ehtiramını bildirib.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri Xocalı şəhərini yerlə-yeksan edib. Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın nəticəsində 613 nəfər həlak olub. 1275 dinc sakin əsir götürülüb, 150 nəfərin taleyi isə hələ də məlum deyil. Bu soyqırımı aktı nəticəsində 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.

 
 

2023-cü il “Heydər Əliyev ili” çərçivəsində Quba şəhərində “Soyqırımı Memorial Kompleksi” və İmişli Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə İmişli Heydər Əliyev Mərkəzində 31 mart azərbaycanlıların soyqırımının 105-ci, Xocalı soyqırımının 31-ci ildönümünə həsr edilmiş kitab və fotolardan ibarət sərgi təşkil edilmişdir.

Mərkəzə gələn ziyarətçilərə 1918-ci il soyqırımlarına həsr edilmiş sənədli filmi izləmək üçün də şərait yaradılmışdır.
Xatırladaq ki, sərgi bir neçə gün davam edəcək.

Tarixdə bu gün

Abbasqulu bəy Xanbaba oğlu Şadlinski 24 fevral 1886-cı ildə İrəvan quberniyasının Böyük Vedi kəndində anadan olmuşdur.
Xalq içərisində böyük nüfuzu olan, 200 nəfərdən ibarət könüllü dəstəyə rəhbərlik edən Şadlinski 1918-ci ilin əvvəllərində Naxçıvan, İrəvan, Dərələyəz, Zəngəzur və digər ərazilərdə daşnak-erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdiyi soyqırımların qarşısının alınmasında xüsusi xidmətləri olmuşdur.
28 iyul 1920-ci ildə Naxçıvanda sovet hakimiyyəti elan olunduqdan sonra Hərbi İnqilab Komitəsinin və Nəriman Nərimanovun təklifini qəbul edən Şadlinski hərbi dəstələrini buradakı qırmızı qvardiya ilə birləşdirmişdir. Şadlinskinin dəstəsi Zəngəzur istiqamətində gedən döyüşlərdə cəllad Dronun daşnak qüvvələrini darmadağın edərək, burada ingilis-daşnak işğalına son qoymuşdur. A.Şadlinski 1922-ci ilin sonunadək Naxçıvanda qalmış və buranın sərhədlərinin qorunmasına rəhbərlik etmişdi.
Qeyd edək ki, Fərman Kərimzadənin “Qarlı aşırım” romanı və onun süjeti əsasında “Azərbaycanfilm” kinostudiyasında rejissor Kamil Rüstəmbəyov tərəfindən çəkilən “Axırıncı aşırım” bədii filmi Şadlinskinin həyat və fəaliyyətindən bəhs edir.
Mənbə: Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası: II cild.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının və Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin birgə təşkilatçılığı ilə 31 mart azərbaycanlıların soyqırımının 105-ci və 26 fevral – Xocalı soyqırımının 31-ci ildönümünə həsr edilmiş “Ulu öndər Heydər Əliyevin dünyaya tanıtdırdığı faciə: Xocalı soyqırımı” adlı tədbir keçirilmişdir.

Tədbirdə universitetin Dr.İsmayıl Mahmudov, Dr.Təhminə Əliyeva, Soyqırımı Memorial Kompleksinin direktor müavini Mehriban Əliyeva, AMEA-nın Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi dosent Sübhan Talıblı, kompleksin əməkdaşı Abutalıb Turabov və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının müəllim və tələbə heyəti iştirak etmişlər. Çıxış edən natiqlər 1918-ci il soyqırımları zamanı 50 mindən çox günahsız insanın erməni qəsbkarları tərəfindən qətlə yetirilməsi, memorial kompleksin fəaliyyəti, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələrinin Xocalı şəhərində törətdikləri vəhşiliklər, o cümlədən Ulu öndər Heydər Əliyevin sayəsində Xocalı soyqırımının dünyaya tanıdılması istiqamətində fəaliyyəti haqqında ətraflı məlumatlar vermişlər. Sonda tədbir iştirakçılarına soyqırımı həqiqətlərini özündə əks etdirən müxtəlif bukletlər təqdim edilmişdir.

Abidələrimizi tanıyaq, tanıdaq!

Orta әsrlәrә aid olan Əniq qalası dәniz sәviyyәsindәn 1100 m hündürlükdә, Qusarçayın sağ sahilindә, strateji baxımdan әhәmiyyәtli әrazidә tikilmişdir. Salavat dağ keçidini nәzarәt altında saxlayan Əniq qalası indiki Əniq kәndinin cənubunda yerlәşirdi. Qalanın tikintisindә relyefin bütün imkanlarından uğurla istifadә edilmiş, süni istehkamlar da quraşdırılmışdı. Müdafiә divarları çay daşlarından tikilmişdir. Divarların yalnız iki hissәsi qalıb: birinci hissәnin uzunluğu 15-16 metrdir. İkinci hissə isә qala darvazasının künc bürcüdür. Qalıqların hündürlüyü 5,8 metrdən 9,3 metrə qәdәrdir. Qala әrazisindәn IX-XIII әsrlәrә aid şirli qab qırıqları tapılmışdır. Gürcü xronoqrafının mәlumatına әsasәn, IX әsrdәn mövcud olan Əniq qalasının 1288-ci ildә dağıdıldığı ehtimal edilir.

31 mart azərbaycanlıların soyqırımının 105-ci və 26 fevral Xocalı soyqırımının 31-ci ildönümü ilə bağlı tədbir keçirilmişdir

Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin, Quba şəhəri H.Əliyev adına 1 №-li tam orta məktəbinin birgə təşkilatçılığı ilə 31 mart azərbaycanlıların soyqırımının 105-ci və Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunmuş “Tarixi həqiqətləri unutmayaq” mövzusunda IX-XI sinif şagirdləri üçün mühazirə təşkil olunmuşdur. Tədbirdə məruzə ilə çıxış edən Soyqırımı Kompleksinin direktor müavini Mehriban Əliyeva 1918-ci və 1992-ci illərdə erməni qəsbkarlarının azərbaycanlılara qarşı törətdiyi dəhşətli soyqırımı hadisələri haqqında geniş məlumat vermişdir. Tədbirin sonunda şagirdlərlərin iştirakı ilə fikir mübadiləsi aparılmışdır.