31 mart 2022-ci il tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti və Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin təşkilatçılığı ilə 31 mart azərbaycanlıların soyqırımının 104-cü il dönümünə həsr edilmiş anım tədbiri keçirilmişdir.

Anım tədbirdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi cənab Azad Cəfərli, Quba Rayonu İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev, Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirliyinin nümayəndəsi xanım Tuğba Sarayönlü, AMEA-nın Aixeologiya, Etnoqrafiya və Antropologiya İnsititutunun baş direktoru tarix elimmləri doktoru, pfofessor Abbas Seyidov, Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin direktoru t.ü.f.d. Rəxşəndə Bayramova, dövlət və hökumət rəsmiləri, ölkədə yaşayan milli azlıqların icma rəhbərləri və media nümayəndələri iştirak etmişlər. Tədbir iştirakçıları öncə Ulu Öndər Heydər Əliyevin xatirəsinə ucaldılmış abidəni, sonra isə Memorial Kompleksdə soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidəni zayarət edərək önünə gül dəstələri düzmüşlər. İştirakçılar Kompleksin muzeyini ziyarət etməklə yanaşı Türkiyə Cümhuriyyətinin Milli Arxiv İdarəsindən gətirilmiş 1905-ci il soyqırımları, eləcə də işğaldan azad olunmuş ərazilərdə dağıdılmış dini-mədəni abidələrin foto-şəkilləri, eyni zamanda 1918-ci il soyqırımlarını özündə əks etdirən kitab və bukletlər əsasında sərgilərlə tanış olmuşlar.
Tədbirin əvvəlində soyqırımı qurbanlarının, həmçinin torpaqlarımızın azadlığı və suverenliyi uğrunda canından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmış, daha sonra XX əsrdə təcavüzkar erməni millətçilərinin xalqımıza qarşı milli-etnik zəmində kütləvi soyqırımı aktlarından və 1918-ci ilin martında Bakı quberniyasında azərbaycanlıların tamamilə məhv edilməsi kimi cinayətkar əməlləri haqqında çıxışlar edildi.
Gün boyu davam edən anım tədbirinə on minlərlə insan Quba Soyqırımı Memorial Kompleksinə gələrək, soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış “Xatirə Abidəsi”ni zayarət etmiş, abidə önünə gül dəstələri düzmüşlər.

Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə “Guba Palace Hotel”də 31 mart azərbaycanlıların soyqırımının 104-cü ildönümünə həsr olunmuş “Soyqırımı: ümumbəşəri cinayətlər kontekstindən yeni baxış” mövzusunda elmi-praktiki konfrans keçirilmişdir.

Konfrans iştirakçıları öncə Heydər Əliyevin xatirəsinə ucaldılmış abidəni, daha sonra Memorial Kompleksdə soyqırımı qurbanlarını xatirəsinə ucaldılmış abidəni ziyarət edərək önünə gül dəstələri düzmüşlər. Konfrans iştirakçıları Kompleksin muzeyini ziyarət etməklə yanaşı 1918-ci il soyqırımı zamanı, eləcə də işğaldan azad olunmuş ərazilərdə dağıdılmış dini-mədəni abidələrin fotoşəkillərindən ibarət sərgilərlə tanış olmuşlar.
Kompleksin direktoru t.ü.f.d Rəxşəndə Bayramova qonaqlara erməni-bolşevik silahlı dəstələrinin 104 il əvvəl azərbaycanlılara qarşı törətdikləri ümumbəşəri cinayətlər barədə ətraflı məlumat vermişdir.

31 mart- azərbaycanlıların soyqırımının 104-cü ildönümü ərəfəsində Kompleksi ziyarət edənlərlə yanaşı, həm də Kompleksdə silsilə tədbirlər keçirilməkdədir. Belə ki, Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin təşkilatçılığı ilə Quba, Xaçmaz, Qusar, Şabran, Siyəzən və Xızı Rayon Gənclər İdman idarələri və Azərbaycan Texniki Universiteti 31 mart - azərbaycanlıların soyqırımının 104-cü ildönümü ilə əlaqədar tədbir keçirimişdir.

Tədbirdə erməni quldur daşnakları tərəfindən Azərbaycan ərazilərində baş vermiş soyqırımlarla bağlı çıxışlar edilmişdir.

31 Mart- Azərbaycanlıların soyqırımının 104-cü ildönümü ərəfəsində Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nə gələn ziyarətçilərin sayı durmadan artır.

Bu gün Xaçmaz Regional Mədəniyyət İdarəsi, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi, Bakı Mühəndislik Universiteti, Bakı Musiqi Akademiyası, eləcə də respublikanın müxtəlif məktəblərindən müəllim və şagird heyəti kompleksi ziyarət etmişlər.

Azərbaycanlıların soyqırımının 104-cü ildönümü ərəfəsində keçirilmiş elmi seminarlar (24-26 mart)

Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin təsdiq edilmiş müvafiq tədbirlər planına əsasən, mart ayı ərzində 1918-ci il azərbaycanlıların soyqırımının 104-ci ildönümünə həsr olunmuş onlayn elmi seminarlar təşkil edilmişdir.
24.03.2022-ci il tarixində “Bakı, Şamaxı və Quba qəzalarında 1918-ci il soyqırımı hadisələri”, 25.03.2022-ci il tarixində “Bakı, İrəvan, Naxçıvan və Zəngəzur bölgələrində daşnak-bolşeviklərin həyata keçirdiyi etnik təmizləmə siyasəti”, 26.03.2022-ci il tarixində “Şərqi Anadolu, Cənubi Azərbaycan və İranda müsəlman əhaliyə qarşı soyqırımlar ” adlı mövzularda kompeksin direktoru t.ü.f.d.Rəxşəndə Bayramovanın moderatorluğu ilə onlayn seminarlar keçirilmişdir. Vebinarlarda kompleksin elmi şöbəsinin əməkdaşları, eləcə də Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə daxil olan Tarix və Mədəniyyət Qoruqlarının ümumilikdə 120-dək elmi işçisi iştirak etmişdir. Məruzəçilər Azərbaycan torpaqlarında, həmçinin Şərqi Anadolu və İranda erməni qəsbkarlarının həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində dinc müsəlman əhaliyə qarşı törədilən soyqırımı hadisələrindən bəhs etmişlər.

Əziz izləyicilər! Sevindirici haldır ki, 2018-ci ildən etibarən akademik Yaqub Mahmudov tərəfindən Quba şəhərində "Soyqırımı Memorial Kompleksi"nə kitab hədiyyə etmə ənənəsi bu gün də uğurla davam etdirilir. Belə ki, AMEA-nın A.A. Bakıxanov adına Tarix İnstitutu tərəfindən Kompleksin kitabxanasına 1918-ci il Azərbaycanlıların soyqırımına dair 100 ədəd kitab hədiyyə edilmişdir.

Tarix İnstitutunun direktoru, tarix üzrə elmlər doktoru, professor Kərim Sükürova, eləcə də kitabların müəllifləri – Vaqif Abışov, İlqar Niftəliyev, Natiq Məmmədzadə, Güntəkin Nəcəfli, Nigar Gözəlova və Nazim Mustafaya öz dərin təşəkkürümüzü bildiririk.
Kitabxanamızın zənginləşməsinə töhfəsini vermək istəyən dəyərli ziyalılarımız ilə əməkdaşlıq etməyə hər zaman hazırıq.