
“Azərbaycan Uşaqları” İctimai Birliyinin “İrsin Davamçıları” Quba Qış Məktəbi layihəsi çərçivəsində “Azərbaycan Uşaqları” İctimai Birliyinin Uşaq Sığınacağı–Reinteqrasiya Mərkəzinin uşaqları Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”ni ziyarət ediblər.
Kompleksin muzeyi ilə tanış olduqdan sonra ziyarətçilər üçün tədbir təşkil olunub. Kompleksin direktor müavini Mehriban Əliyevanın moderatorluğu ilə keçirilən tədbirdə çıxış edən Quba Rayon Ağsaqqallar Şurasının sədri İldırım Məmmədov Qubanın tarixi və burada yaşayan etnik qruplar haqqında danışaraq vurğulayıb ki, gələcəyimiz olan uşaqların vətənə məhəbbət, milli-mənəvi dəyərlərimizə və adət-ənənələrimizə hörmət ruhunda tərbiyə edilməsində, eləcə də maariflənməsində belə tədbirlərin keçirilməsi vacibdir. Daha sonra çıxış edən kompleksin direktoru, Dr. Rəxşəndə Bayramova qonaqları salamlayaraq kompleksin fəaliyyəti və görülən işlər barədə ətraflı məlumat verib. Çıxış edən “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə bildirib ki, təşkilat ictimai fəal şəxsləri ətrafında birləşdirərək uşaqların sosial və hüquqi baxımdan müdafiəsi, hərtərəfli inkişafı, istedad və bacarıqlarının aşkarlanması, eləcə də asudə vaxtlarının səmərəli təşkili məqsədilə müxtəlif proqram və layihələr həyata keçirir. Sonda “Azərbaycan Uşaqları” İctimai Birliyinin Uşaq Sığınacağı–Reinteqrasiya Mərkəzinin uşaqları tərəfindən hazırlanmış kompozisiya təqdim olunub. Qeyd edək ki, layihə “Azərbaycan Uşaqları” İctimai Birliyinin təşəbbüsü, Quba Rayon İcra Hakimiyyətinin və Regional İnkişaf İctimai Birliyinin (RİİB) tərəfdaşlıq dəstəyi ilə həyata keçirilib.
Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin təşkilatçılığı ilə “Azərbaycanlılara qarşı törədilmiş soyqırımlar” mövzusunda vebinar keçirilib.
Tədbiri giriş nitqi ilə açan Kompleksin direktor müavini Mehriban Əliyeva çıxışında bildirib ki, Azərbaycan xalqına qarşı müxtəlif dövrlərdə törədilmiş soyqırımı siyasəti təkcə tarixi fakt deyil, həm də sistemli şəkildə həyata keçirilmiş etnik təmizləmə və məhv etmə strategiyasının tərkib hissəsidir. O qeyd edib ki, bu cinayətlərin araşdırılması, sənədləşdirilməsi və elmi əsaslarla təqdim olunması həm milli yaddaşın qorunması, həm də beynəlxalq hüquqi-siyasi müstəvidə həqiqətlərin müdafiəsi baxımından mühüm əhəmiyyət daşıyır.
Daha sonra çıxış edən Xəzər Universitetinin Tarix və arxeologiya departamentinin müəllimi Dr. Odər Əlizadə mövzu ilə bağlı geniş təqdimatla çıxış edib. O, arxiv sənədləri və tarixi mənbələr əsasında Azərbaycanlılara qarşı həyata keçirilmiş kütləvi qırğınların siyasi və ideoloji əsaslarını təhlil edib, bu hadisələrin regionun demoqrafik və sosial inkişafına təsirindən bəhs edib.
Vebinarda Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeliyində olan qoruqların ümumilikdə 30-a yaxın əməkdaşı iştirak edib.
Milli Məclisin deputatı, iqtisad elmləri doktoru, professor Əlibala Məhərrəmzadə, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının sədri Səkinə Babayeva və assosiasiyanın üzvləri Quba şəhərində "Soyqırımı Memorial Kompleksi"ni ziyarət etmişlər. Ziyarətçilərə 1918-ci il hadisələri və memorial kompleksin fəaliyyəti haqqında ətraflı məlumat verilmişdir.
Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar olaraq Quba şəhərində “Soyqırımı Memorial Kompleksin”də Ustad dərsi təşkil edilib.
"Hökumət evi"

“Muzey və Qoruqların Gənc Nəsilin Maarifləndirilməsində Rolu” mövzusunda təlim keçirilib.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının təşəbbüsü və Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin təşkilatçılığı ilə Özbəkistan Respublikasının Məktəbəqədər və Məktəb Təhsil Nazirliyinin tabeliyində olan pedaqoji bacarıqlar mərkəzlərinin rəhbər və əməkdaşları “Soyqırımı Memorial Kompleksi”ndə “Muzey və Qoruqların Gənc Nəsilin Maarifləndirilməsində Rolu” adlı təlimdə iştirak ediblər. Təlim iştirakçıları ilk olaraq Memorial Kompleksin muzeyi ilə yaxından tanış olublar. Daha sonra kompleksin direktor müavini Mehriban Əliyeva çıxış edərək qonaqları salamlayıb və kompleksin fəaliyyəti, məqsədi və maarifləndirici missiyası barədə ətraflı məlumat verib. O bildirib ki, iki ölkə arasında iqtisadiyyat, nəqliyyat və humanitar sahələrdə qarşılıqlı əməkdaşlıq çərçivəsində birgə layihələrin sayı durmadan artır və bu münasibətlər xalqlar arasında bağları daha da möhkəmləndirir. Çıxış edən digər natiqlər Azərbaycan–Özbəkistan münasibətlərinin qədim tarixə malik olduğunu və ölkələrimiz arasında tarixən sıx mədəni əlaqələrin mövcudluğundan danışıblar. Tədbirin sonunda iştirakçılara təlimdə iştirakına görə sertifikatlar təqdim olunub.
Mədəniyyət Nazirliyinin 2025-ci ildəki fəaliyyətinə dair genişləndirilmiş kollegiya iclası keçirilir
Dövlət Xidmətinin əməkdaşları “Türk Bərpa və Konservasiya Laboratoriyaları Şəbəkəsi – Türkiyə Təcrübə Mübadiləsi Proqramı”nda iştirak edir
“Şəhərsalma və Memarlıq İli”

Cənub Qaz Dəhlizi layihəsi üzrə sazişlər

