Özbəkistanlı müəllimlər üçün növbəti təlim keçirilib.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının təşəbbüsü və Quba şəhərindəki “Soyqırımı Memorial Kompleksi”nin təşkilatçılığı ilə Özbəkistan Respublikasının Məktəbəqədər və Məktəb Təhsil Nazirliyinin tabeliyində olan pedaqoji bacarıqlar mərkəzlərinin rəhbər və əməkdaşları Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”ndə “Muzey və Qoruqların Gənc Nəsilin Maarifləndirilməsində Rolu” adlı növbəti təlimdə iştirak ediblər. Tədbir iştirakçıları Soyqırımı Memorial Kompleksinin muzeyi ilə tanış olduqdan sonra giriş sözü ilə çıxış edən Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin direktor müavini Mehriban Əliyeva qonaqları salamlayaraq Özbəkistan və Azərbaycan arasındakı dostluq münasibətlərinin tarixinə nəzər salıb. Bildirib ki, Azərbaycanın xarici siyasətində Mərkəzi Asiya ölkələri, o cümlədən Özbəkistan ilə münasibətlərin inkişafı mühüm yer tutur. Mərkəzi Asiyanın ən böyük dövlətlərindən olan və sürətlə inkişaf edən Özbəkistan ilə Azərbaycan arasında əlaqələr xüsusilə son illərdə durmadan genişlənir. Daha sonra çıxış edən Toşlok Rayon Məktəbəqədər və Məktəb Təhsili Şöbəsinin müdiri Soliyev Abdumajid təşkil olunan təlim proqramına görə təşəkkür edib, iki ölkənin təhsil sahəsindəki yenilikləri barədə danışaraq əməkdaşlığın uğurla inkişaf etdiyini bildirib. Öz çıxışında ADPU-nun Quba filialının humanitar elmlər kafedrasının müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Sabir Hacıyev Azərbaycanla Özbəkistan arasında qarşılıqlı fəaliyyət formatlarının — iqtisadiyyat, nəqliyyat və humanitar sahələrdə birgə layihələrin sayının durmadan artdığını vurğulamışdır. Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim olunmuşdur.

Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin və Nardaran Tarix-mədəniyyət Qoruğunun təşkilatçılığı ilə “Korrupsiyasız, şəffaf gələcək naminə” adlı vebinar keçirilib.

Giriş sözü ilə çıxış edən Kompleksin direktor müavini Mehriban Əliyeva korrupsiyaya qarşı mübarizənin cəmiyyətin hər bir üzvünün fəal iştirakı ilə mümkün olduğunu vurğulayaraq, bu kimi maarifləndirici tədbirlərin gənclərdə şəffaflıq və məsuliyyətlilik anlayışının formalaşdırılmasında mühüm rol oynadığını qeyd edib. Daha sonra Nardaran Tarix-mədəniyyət Qoruğunun əməkdaşı Aytən Əliyeva vebinar iştirakçılarına korrupsiyanın sosial təsirləri və onun qarşısının alınmasında maarifləndirmə işinin əhəmiyyətindən bəhs edərək, bu sahədə görülən tədbirlərin davamlı olmasının zəruriliyini diqqətə çatdırdı. Kompleksin əməkdaşı Ülkər Zeynalova isə mövzu ilə bağlı hüquqi maarifləndirmənin gücləndirilməsinin vacibliyini qeyd edərək, xüsusilə dövlət qurumları ilə vətəndaşlar arasında etimadın artırılmasına xidmət edən təşəbbüslərin əhəmiyyətini vurğuladı.
Vebinarda hər iki qoruğun ümumilikdə 20-ə yaxın əməkdaşı iştirak edib.

Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin və Nardaran Tarix-mədəniyyət Qoruğunun təşkilatçılığı ilə 2025-ci il Konstitusiya və Suverenlik ili çərçivəsində “20 sentyabr zəfəri bu torpaqlarda əbədi varlığımızın təsdiqidir” adlı vebinar keçirilib.

Giriş sözü ilə çıxış edən Kompleksin direktor müavini Mehriban Əliyeva Azərbaycan xalqının mübarizə əzmini, torpağa bağlılığını və tarixi ədalətin bərpası uğrunda göstərdiyi siyasi iradəni xüsusi vurğulayaraq, bu zəfərin gələcək nəsillər üçün də mühüm örnək olduğunu qeyd edib. Daha sonra çıxış edən Milli Müdafiə Universitetinin tabeliyində olan Hərbi Kollecinin müəllimi, Bakı Qızlar Universitetinin baş müəllimi doktorant Tural Vəlizadə 20 sentyabr zəfərinin milli dövlətçilik ənənələrimizin möhkəmlənməsində mühüm mərhələ olduğunu, bu tarixi hadisənin Azərbaycanın suverenlik yolunda dönüş nöqtəsi kimi dəyərləndirilməli olduğunu vurğulayıb.
Daha sonra Nardaran tarix-mədəniyyət qoruğunun əməkdaşı Aytən Əliyeva 20 sentyabr zəfərinin təkcə siyasi yox, həm də mədəni və mənəvi müstəvidə xalqımızın birliyini, tarixi yaddaşının gücünü nümayiş etdirdiyini bildirərək, bu kimi tədbirlərin gənc nəsildə milli kimlik şüurunun formalaşmasına mühüm töhfə verdiyini qeyd etmişdir.
Vebinarda Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeçiliyində fəaliyyət göstərən qoruqların ümumilikdə 30-a yaxın əməkdaşı iştirak edib.
 

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialı və Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin əməkdaşlığı çərçivəsində özbəkistanlı müəllimlər üçün növbəti təlim keçirilib.

Özbəkistan Respublikasının Məktəbəqədər və Məktəb Təhsil Nazirliyinin tabeliyindəki Pedaqoji Bacarıqlar Mərkəzlərinin rəhbər və əməkdaşları Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”ndə “1918-ci il Quba soyqırımı faktlarının tədrisdə tətbiqi və muzey–qoruqların gənc nəslin maarifləndirilməsində rolu” adlı növbəti təlimdə iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə Soyqırımı Memorial Kompleksinin muzeyi ilə tanış olublar. Ekskursiya zamanı qonaqlar Kompleksin əməkdaşları tərəfindən 1918-ci il Quba soyqırımı hadisələri haqqında məlumatlandırılıb, həmin dövrdə azərbaycanlılara qarşı törədilmiş kütləvi qırğınların tarixi faktlarla və arxiv materialları ilə əks olunduğu ekspozisiyalarla yaxından tanış olmuşlar. Giriş sözü ilə çıxış edən kompleksin direktor müavini Mehriban Əliyeva qonaqları salamlayaraq Azərbaycanla qardaş Özbəkistanın dostluq münasibətlərinin tarixinə nəzər salaraq, son illər ərzində iki ölkə arasında iqtisadi əməkdaşlıqda böyük irəliləyişin əldə edildiyini, əməkdaşlığın əsas sahələrinə enerji, tekstil, kənd təsərrüfatı və şəhərsalmanın daxil olduğunu vurğulayıb. Daha sonra çıxış edən Daşkənd Regional Pedaqoji Bacarıqlar Mərkəzinin direktoru Timur Kalmuratov təşkil olunan təlim proqramına görə təşəkkür edib, təhsil sahəsindəki yeniliklər və əməkdaşlıq imkanlarından danışıb. O, bildirib ki, Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında elm, peşə təhsili və ali təhsil sahələrində əməkdaşlığa dair Saziş təsdiqlənib. Çıxış edən digər natiqlər qeyd ediblər ki, Azərbaycan–Özbəkistan münasibətləri qədim tarixə malikdir və ölkələrimiz arasında tarixən sıx mədəni əlaqələr mövcud olub. Hər iki xalq bir-birinin mədəniyyətindən bəhrələnib, bir-birinin mədəniyyətinə və onun inkişafına özünəməxsus təsir göstərib. Təlim çərçivəsində iştirakçılar həmçinin 1918-ci il soyqırımı hadisələrinin yaddaşlarda yaşadılması, bu tarixi faktların gələcək nəsillərə düzgün çatdırılması, muzey-ekspozisiya materiallarının tədris prosesində istifadəsi barədə müzakirələr aparıblar və mövzu ilə bağlı hazırlanan sənədli filmə baxıblar. Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.

"Sədəf sənətkarlığı"

Sədəf sənətkarlığı-konstruksiyalar üzərində müxtəlif formalı oymalara eyni ölçüdə kəsilmiş parçalarının həkk edilməsi ilə hazırlanmış taxta sənətkarlığıdır. Sədəf sənətkarlığının digər adı “sədəfkarlıqdır”. Bu həm də daxili elementlərində tətbiq olunan mühüm ənənəvi əl işidir.
Sədəf sənəti Quran qutuları, yazı masaları, sandıqlar, stullar, güzgülər və musiqi alətləri kimi taxta əşyaların içərisində sədəf parçalarının qoyulması adətidir. Sənətkarlar molyuskların daxili qabıqlarını müxtəlif formalarda kəsməklə hazırlayırlar. Onlar taxta parçasına motivlər çəkir, konturları oyur və mirvari parçaları üçün yerləri düzəldib ağaclara naxış vururlar. Sonda səth hamarlayıcı ilə cilalanır, rəngləmək üçün yandırılır və ərinmiş qatranla laklanır. Təcrübəçilər qoz, qara ağac və qırmızı ağac kimi qalın ağaclardan, sədəfin əksi olaraq tünd rənglərə üstünlük verilir. Bəzək üçün çox vaxt həndəsi, xəttat motivlərindən istifadə olunur. Bu gün sənətkarlar öz bilik və bacarıqlarını sosial media və onlayn bloqlar, təlimlər və seminarlar vasitəsilə də paylaşırlar və beləliklə, müxtəlif ölkələr arasında sosial birliyi və mədəni mübadiləni gücləndirirlər. Sədəf sənətkarlığı muzeylərdə nümayiş etdirilən tarixi əşyaların bərpası ilə maddi irsin, sosial və mədəni yaddaşın qorunub saxlanmasına öz töhfəsini verir.
2023-cü il dekabrın 6-da Botsvananın Kasane şəhərində keçirilən 18-ci sessiyasında Azərbaycan və Türkiyənin birgə təqdim etdiyi “Sədəf sənətkarlığı” Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına daxil edilib.

Mingəçevir Dövlət Universitetinin tələbələri üçün Ustad dərsi keçirilib

Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin təşkilatçılığı ilə Mingəçevir Dövlət Universitetinin Tarix fakültəsinin tələbələri üçün Ustad dərsi keçirilib. Tədbiri giriş sözü ilə açan Kompleksin direktoru Dr Rəxşəndə Bayramova Soyqırımı Memorial Kompleksinin fəaliyyəti, 1918-ci il soyqırımlarının tanıdılması istiqamətində aparılan işlər barədə universitet tələbələrinə məlumat verib. Daha sonra Soyqırımı Memorial Kompleksinin Elmi Araşdırmalar, Ekspozisiya və Fond şöbəsinin əməkdaşı Orxan Hüseynov tələbələri Soyqırımı Muzeyi ilə virtual şəkildə tanış edərək muzeydə tarixi faktlara söykənən sənədləri və şəkilləri nümayiş etdirib.
Müzakirələr zamanı tələbələrə həmin dövrün hadisələrinin bölgənin ictimai-siyasi həyatına təsiri izah olunub. Sonda tələbələrin sualları cavablandırılıb.

Mədəni irsin qorunması üzrə Dövlət Proqramının təsdiq edilməsi 27 dekabr 2013-cü il tarixində təsdiq edilmiş Mədəni irsin qorunması üzrə Dövlət Proqramın qəbul edilməsi Azərbaycan mədəniyyətinin inkişafında yeni mərhələnin başlanğıcı oldu. Bu sənəd ölkənin müxtəlif bölgələrində yerləşən tarixi abidələrin bərpasını, qorunmasını və gələcək nəsillərə bütöv şəkildə çatdırılmasını strateji məqsəd kimi müəyyənləşdirdir.

Customer Feedback and Review Instagram Post Template
Dövlət Proqramı yalnız maddi irsin deyil, həm də qeyri-maddi mədəniyyət nümunələrinin muğamın, aşıq sənətinin, xalçaçılığın və folklor ənənələrinin yaşadılmasını prioritet kimi qarşıya qoydu. Beləliklə, Azərbaycan mədəniyyəti həm fiziki, həm də mənəvi aspektdən qorunmaq üçün geniş dövlət dəstəyinə sahib oldu.
Proqram çərçivəsində abidələrin inventarlaşdırılması, bərpası, konservasiyası, onların elektron bazada sənədləşdirilməsi, eləcə də mədəniyyət müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi kimi mühüm işlər həyata keçirildi. Bu tədbirlər yalnız mədəni dəyərlərin qorunmasına deyil, həm də turizmin inkişafına, xalqın tarixi yaddaşının güclənməsinə və milli kimliyimizin daha aydın şəkildə təbliğinə şərait yaratdı.

 

"Azərbaycan çayı"

Azərbaycan çayı ölkəmizin təbii-coğrafi şəraitinin və qədim çayçılıq ənənələrinin vəhdətindən yaranmış unikal bir nemətdir. Lənkəran-Astara zonasının rütubətli subtropik iqlimi çay plantasiyalarının inkişafı üçün əlverişli mühit yaradır. Bu bölgədə yetişdirilən çay yarpaqları xüsusi dadı və incə aromatı ilə seçilir. Azərbaycan çayı tünd rəngi, dolğun tamı və xoş ətri ilə həm yerli istehlakçıların, həm də xarici qonaqların diqqətini cəlb edir.
Çay dəmlənərkən yarpaqların təbii xüsusiyyətləri qorunur və nəticədə həm dad, həm də keyfiyyət baxımından zəngin içki alınır. Tarixən ailə süfrəsinin, dost məclislərinin və qonaqpərvərlik ənənəsinin ayrılmaz hissəsi olan çay Azərbaycan mədəniyyətində xüsusi yer tutur. “Çaysız ev olmaz” deyimi də xalqımızın bu içkiyə verdiyi yüksək dəyərin ifadəsidir.
Son illərdə çayçılıq sahəsində modern texnologiyaların tətbiqi məhsuldarlığı artırmış, yerli brendlərin formalaşmasına şərait yaratmışdır. Eyni zamanda ekoloji təmiz becərmə metodlarının genişlənməsi çayın keyfiyyət göstəricilərinin daha da yüksəlməsinə xidmət edir. Azərbaycan çayı bu gün həm mədəni irsimizin bir parçası, həm də ölkəmizin iqtisadi potensialını əks etdirən mühüm kənd təsərrüfatı məhsuludur.

"Bayatılar"

Bayatılar
Bayatı şifahi xalq poeziyasının ən geniş yayılmış janırlarından biridir. Xalq ədəbiyyatının tükənməz xəzinəsi olub, hər birində fikir və duyğu ifadə edilən bədii-estetik və fəlsəfi hissi zənginliyinə görə seçilən bu nümunələr məzmunca müxtəlifdir. Bayatılar xalqımızın mənəvi irsini əks etdirir və onun tarixi, ənənələri, hissləri haqqında dərin məlumatlar verir. Bayatılar, əsasən, xalq arasında işlədilən və əksər hallarda həyatın müxtəlif tərəflərini, duyğuları ifadə edən mahnılardır. Onlar insanın iç dünyasını, sevincini, kədərini, həmçinin təbiətlə olan əlaqəsini dilə gətirir. Hər bir bayatıda müəyyən bir təkrarlanan melodik və ritmik struktur var, bu isə ona özünəməxsus bir dinamiklik və təkrarlanan gözəllik qatır. Bayatılar müxtəlif həyat şəraitinə və sosial vəziyyətə uyğun olaraq fərqli mövzuları əhatə edə bilər. Məsələn, sevgi, ayrılıq, vətənpərvərlik və təbiətə olan sevgi bayatılarda geniş yer alır. Bu musiqilər yalnız dinləyicilərə estetik zövq vermir, həm də ruhsal bir təcrübə təqdim edir. Bayatılar həm də sosial mühitin bir parçasıdır, çünki onlar ənənəvi məclislərdə, toylarda və digər xalq bayramlarında ifa edilir. Nəticədə, bayatılar, Azərbaycan mədəniyyətinin vacib bir hissəsi olaraq, gələcək nəsillərə ötürülməsi lazım olan qiymətli irsdir.
Əzizim, vətən yaxşı,
Geyməyə kətan yaxşı,
Gəzməyə qərib ölkə
Ölməyə vətən yaxşı.

"Azərbaycan miniatür sənəti"

Azərbaycan miniatür sənəti xalqımızın zəngin mədəni irsinin parlaq hissəsidir. Bu sənət növü əsrlər boyu kitabların, dastanların və dini mətnlərin bəzəyi kimi inkişaf edib. Xüsusilə Təbriz miniatür məktəbi dünyanın ən tanınmış sənət ocaqlarından biridir.
Miniatürlərdə hər detal — geyim, üz ifadəsi, təbiət təsviri — bir hekayə danışır. Rənglər təsadüfi deyil: qırmızı qəhrəmanlıq, mavi sülh, yaşıl isə həyat rəmzidir.
XVI əsrdə Sultan Məhəmməd və Mir Seyid Əli kimi ustadlar “Şahnamə” və “Xəmsə” kimi əsərləri rənglərlə canlandırıblar. Miniatürdə perspektiv yoxdur, amma hər detal danışır — sarayın divarı, quşun baxışı, buludun forması belə bir mesaj daşıyır. Bu incə sənət 2020-ci ildə UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilib.
Azərbaycan miniatür sənəti sadəcə təsvir deyil — keçmişlə bu gün arasında körpüdür, ruhun fırça ilə danışan formasıdır.

Özbəkistanlı müəllimlər üçün növbəti təlim keçirilib

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialı və Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin əməkdaşlığı çərçivəsində özbəkistanlı müəllimlər üçün növbəti təlim keçirilib. Özbəkistan Respublikasının Məktəbəqədər və Məktəb Təhsil Nazirliyinin tabeliyindəki Pedaqoji Bacarıqlar Mərkəzlərinin rəhbər və əməkdaşları Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”ndə “1918-ci il Quba soyqırımı faktlarının tədrisdə tətbiqi və muzey–qoruqların gənc nəslin maarifləndirilməsində rolu” adlı təlimdə iştirak ediblər.Tədbir iştirakçıları əvvəlcə Soyqırımı Memorial Kompleksinin muzeyi ilə tanış olublar. Ekskursiya zamanı qonaqlar Kompleksin əməkdaşları tərəfindən 1918-ci il Quba soyqırımı hadisələri haqqında məlumatlandırılıb, həmin dövrdə azərbaycanlılara qarşı törədilmiş kütləvi qırğınların tarixi faktlarla və arxiv materialları ilə əks olunduğu ekspozisiyalar geniş şəkildə təqdim edilib.Giriş sözü ilə çıxış edən kompleksin direktor müavini Mehriban Əliyeva qonaqları salamlayaraq Özbəkistan və Azərbaycan arasındakı dostluq münasibətlərinin tarixinə nəzər salıb. O bildirib ki, son illər ərzində Azərbaycanın Mərkəzi Asiya ölkələri, o cümlədən Özbəkistanla əlaqələri yeni inkişaf mərhələsinə qədəm qoyub. Azərbaycan–Özbəkistan münasibətləri bu gün iki ölkə liderlərinin uzaqgörən siyasəti, qarşılıqlı səfərləri və mütəmadi əlaqələri nəticəsində sürətlə inkişaf edir.Daha sonra çıxış edən Əndican vilayəti Pedaqoji Məharət Mərkəzinin direktor müavini Qurbonov Utkirbek və Daşkənd vilayəti Pedaqoji Məharət Mərkəzinin “Dillərin tədrisi metodikası” kafedrasının müdiri Duşayeva Nazokat təşkil olunan təlim proqramına görə təşəkkür edib, təhsil sahəsindəki yeniliklər və əməkdaşlıq imkanlarından danışıblar. Natiqlər qeyd ediblər ki, Azərbaycan–Özbəkistan münasibətləri qədim tarixə malikdir və iki xalqı yaxın milli adət-ənənələr, ümumi dil qrupu, mədəniyyət və din birləşdirir.Təlim çərçivəsində iştirakçılar həmçinin 1918-ci il soyqırımı hadisələrinin yaddaşlarda yaşadılması, bu tarixi faktların gələcək nəsillərə düzgün çatdırılması, muzey-ekspozisiya materiallarının tədris prosesində istifadəsi barədə müzakirələr aparıblar və mövzu ilə bağlı hazırlanan sənədli filmə baxıblar.Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.

"Lahıc misgərlik sənəti"

Lahıc — Azərbaycanın ən qədim və özünəməxsus kəndlərindən biridir. O, Böyük Qafqazın ətəklərində, İsmayıllı rayonunda yerləşir. Bu yer qədimdən bəri sənətkarları ilə, xüsusilə misgərlik sənəti ilə tanınır. Lahıc misgərlik sənəti Azərbaycanın ən parlaq xalq sənəti nümunələrindən biridir və nəsildən-nəslə ötürülən zəngin bir ənənəni yaşadır.
Lahıcda misgərlik çoxəsrlik tarixə malikdir. Arxeoloji tapıntılar və tarixi mənbələr göstərir ki, hələ orta əsrlərdə burada məişət və bəzək əşyaları — qab-qacaq, sinilər, çaydanlar, qədəhlər, çıraqlar, silah bəzəkləri hazırlanırdı. Lahıcın karvan yolları üzərində yerləşməsi bu sənət nümunələrinin Qafqazdan kənara — İrana, Orta Asiyaya və hətta Yaxın Şərqə qədər yayılmasına şərait yaradıb.
Lahıc misgərlik sənəti Azərbaycanın mədəni kimliyinin ayrılmaz hissəsidir. O, xalqın estetik zövqünü, zəhmətsevərliyini və mükəmməlliyə can atmasını əks etdirir. Ustaların səyi və dövlətin dəstəyi sayəsində bu ənənə bu günədək qorunub saxlanılır. Hazırda Lahıcda onlarla emalatxana fəaliyyət göstərir; burada misgərlik prosesini canlı izləmək və əsl sənət əsərləri əldə etmək mümkündür. Lahıc misgərlik sənəti sadəcə qədim bir peşə deyil, həm də Azərbaycan xalqının yaradıcı ruhunun simvoludur. Misin qoxusu, çəkic səsləri və oyma naxışlarının parıltısı yüzillər boyu yaşadılmış ustalıq, səbir və sənətə sevginin canlı xatirəsidir.
2015-ci ildə Lahıc misgərlik sənəti UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına daxil edilmişdir. Bu, onun dünya mədəniyyətindəki unikal rolunun beynəlxalq səviyyədə tanınması deməkdir.