ABŞ və Kanadanın Buxara Yəhudiləri Konqresinin nümayəndə heyəti Qubaya səfəri çərçivəsində Soyqırımı Memorial Kompleksini ziyarət ediblər. Ziyarətçilərə 1918-ci il soyqırımları haqqında ətraflı məlumat verilib.
Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin 2024-cü ilin II yarımili üçün təsdiq olunmuş tədbirlər planına əsasən, “Ustad dərsləri”nin keçirilməsi davam etdirilir. 18 May Beynəlxalq Muzeylər Günü ilə əlaqədar Soyqırımı Memorial Kompleksində ADMİU-nun Muzeyşünaslıq kafedrasının müdiri pedaqogika üzrə fəlsəfə doktoru, dosent Yegənə Eyvazovanın iştirakı ilə “Muzeyşünaslığın inkişaf perespektivləri” adlı hibrid formatda “Ustad dərsi” təşkil olunub.
Daha sonra mövzu ilə bağlı Kompleks əməkdaşlarını maraqlandıran suallar ətrafında fikir mübadiləsi aparılmışdır.
Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin əməkdaşları 18 May Beynəlxalq Muzeylər Günü ilə əlaqədar Quba rayonunun I Nügədi kəndində yerləşən Hündür Gümbəzli məscidi və Təngaltı kəndindəki Seyidlər məscidini ziyarət etmişlər.
18 May Beynəlxalq Muzeylər Günü ərəfəsində Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin Elmi Araşdırmalar, Ekspozisiya və Fond şöbəsinin əməkdaşı Nurcan Allahverdiyeva Naxçıvan Xatirə Muzeyinə ezam olunmuşdur.
Soyqırımı Memorial Kompleksində görülən işlər barədə məlumat verən N. Allahverdiyeva Quba rayonu ərazisində soyqırımı hadisələrinin baş verdiyi məkanların qeyd olunduğu yeni çapdan çıxmış 2 dildə (Azərbaycan və ingilis) xəritənin nümunələrini Naxçıvan Xatirə muzeyinə təqdim etmişdir.
"Azərbaycan Mülki Aviasiya Muzeyi"

Azərbaycan Mülki Aviasiya Muzeyi 2005-ci ilin aprel ayında “Azərbaycan Hava Yolları” Dövlət Konserni tərəfindən Azərbaycan Mülki Aviasiya Muzeyinin yaradılması haqqındakı qərara əsasən, 2008-ci ildə istifadəyə verilmişdir.
Mülki Aviasiya Muzeyi Milli Aviasiya Akademiyasının ərazisində yerləşən dördmərtəbəli tədris korpusunun nəzdində, I mərtəbədə yerləşir.
Muzey ekspozisiya və fond şöbəsindən ibarətdir. Muzeyin fondu muzey əşyalarının toplanması, mühafizə olunması, uçot-qeydiyyat işinin aparılması funksiyasını həyata keçirir. Muzeyin fondunda Azərbaycanın mülki aviasiyasının dünənini və bu gününün öyrənilməsində zəruri olan əyani vəsaitlər, qəzet materialları, əlyazmaları, qərar və sərəncamlar kimi dövlət sənədlərinin surətləri, fotoşəkillər, filmlər, bədii ədəbiyyat, təsviri sənət nümunələri və s. toplanmışdır. Onların ümumilikdə sayı 11045-dən artıqdır.
Muzey milli aviasiyamızın tarixinin və bugünkü inkişafının təbliği üçün ekskursiyalar həyata keçirir.
"Azərbaycan Təbabəti Muzeyi"

Azərbaycan Təbabəti Muzeyi Azərbaycan SSR Səhiyyə Nazirliyinin 162№ əmrinə əsasən 29 yanvar 1986-cı ildən fəaliyyətə başlamışdır. Azərbaycan Təbabəti Muzeyi Azərbaycan xalqının mədəni irsinin mühüm hissəsini, respublikanın tibb və səhiyyənin inkişaf tarixinin, habelə Azərbaycan alimlərinin vətən və dünya elmindəki nailiyyətlərini işıqlandırmaq və əks etdirmək məqsədilə təşkil olunmuşdur.
Muzey keçmiş Qaraşəhər müalicəxanasının binasında yerləşir. Bu müalicəxanada görkəmli dövlət xadimi Nəriman Nərimanov 1914-1917-ci illər arasında həkim kimi fəaliyyət göstərmişdir.
Muzeyin fondunda ümumilikdə 13 845 əşya saxlanılır və daim yeni materiallarla zənginləşir.
Azərbaycan Tibb Universitetinin tələbələri, Həkimləri Təkmilləşdirmə İnstitutunun həkimləri, orta ixtisas tibb təhsili müəssisələrinin tələbələri, xarici qonaqlar və yerli vətəndaşlar müntəzəm olaraq muzeyi ziyarət edirlər.
Argentina Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri xanım Marianxeles Belluşin Quba şəhərinə səfəri çərçivəsində Soyqırımı Memorial Kompleksini ziyarət etmişdir. Səfirə ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımlar, erməni vandalizmi barədə məlumat verilmişdir.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix və coğrafiya fakültəsi və Xəzər Universitetinin Humanitar və sosial elmlər fakültəsinin tarix və tarix-coğrafiya ixtisasının tələbə-müəllim heyəti baş müəllim, tarix üzrə fəlsəfə doktoru Sevil Bəhrəmovanın rəhbərliyi ilə Ulu öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ərəfəsində Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”ni ziyarət ediblər.
Kompleksin direktoru Dr. Rəxşəndə Bayramova hər iki universitetin tələbələrinə müasir və müstəqil Azəraycanın memarı Ulu öndərin azərbaycanlılara qarşı törədilmiş soyqırımlara verdiyi hüquqi-siyasi qiymət barəsində məlumat vermişdir. Daha sonra tələbələr Soyqırımı Muzeyini ziyarət etmişlər.
10 may - Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar Quba şəhərində "Soyqırımı Memorial Kompleksi"nin bir qrup əməkdaşı Quba rayonunun Söhüb kəndini ziyarət etmişlər. Ziyarət zamanı kompleks əməkdaşları 1700 m hündürlükdə yerləşən Söhübqala abidəsinin önündə Azərbaycan bayrağını dalğalandırmışlar.
Özbəkistanın Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin rektoru Abduqappor Qırğızbəyov, Özbəkistan- Azərbaycan dostluq cəmiyyətinin icraçı direktoru Erkin Nuriddinov, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin nümayəndəsi Vüqar Mirzəyev və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba Filialının direktoru Yusif Alıyev Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”ni ziyarət ediblər.
Ziyarətçilərə Erməni millətçilərinin tarixin müxtəlif mərhələlərində mifik “Böyük Ermənistan” ideyasını gerçəklədirmək məqsədilə soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımların həyata keçirilməsindən danışılmış, 1918-ci ildə törədimiş soyqırımı zamanı 50 mindən çox günahsız sakinin qətlə yetirildiyi bildirilmişdir.
Sonda ziyarətçilərə soyqırımı həqiqətlərini özündə əks etdirən bukletlər təqdim olunub.
"Əshabi - Kəhf"

Əshabi-Kəhf ziyarətgahı Naxçıvan şəhərindən, təqribən 12 km aralıda – Culfa rayonunda Haçadağ və Nəhəcir dağları arasında, dəniz səviyyəsindən 1665 metr yüksəklikdə ərazidə yerləşir. Aparılan tədqiqatlar sübut edir ki, Qurani-Kərimdə adı çəkilən “Əshabi-Kəhf” mağarası məhz Naxçıvandadır.
“Əshabi-Kəhf” adı ərəb dilindən götürülmüşdür. Belə ki, “əshab” “yeniyetmə cavan oğlanlar” , “kəhf” isə “mağara, sığınacaq yeri” mənasına gəlir. “Əshabi-Kəhf” təkcə ziyarətgah yox, həmçinin Azərbaycanın ən qədim tarixi abidələrindən biridir. Ziyarətgah “Yeddi kimsənə”, “Cənnət bağı”, “Qara daş”, “Damcıxana”, Məscid kimi bir neçə hissədən ibarətdir.
Ulu öndər Heydər Əliyevin tapşırığı əsasında ziyarətgahda abadlıq-bərpa işləri aparılmışdır. Ziyarətgahın girişində “Əshabi-Kəhf ziyarətgahında bərpa və abadlıq işləri 1998-ci ildə Azərbaycan Prezidenti möhtərəm Heydər Əliyevin tapşırığı və himayəsi ilə görülmüşdür” haqda məlumat verən kitabə yerləşdirilmişdir.
