2007-ci ildə Quba şəhər stadionunda kütləvi məzarlıq aşkar edilmiş və həmin il AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu tərəfindən yaradılmış komissiyanın araşdırmaları nəticəsində kütləvi məzarlıqdakı insan qalıqlarının 1918-ci ildə erməni daşnak-quldur dəstələri tərəfindən soyqırıma məruz qalmış yerli dinc əhaliyə aid olduğu müəyyən edilmişdir.

Erməni millətçilərinin Azərbaycana qarşı ərazi iddiaları ilə bağlı 1918- ci ildə bütün ölkə hüdudlarında həyata keçirdikləri cinayətkar əməllərinin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə kütləvi məzarlığın aşkar olunduğu ərazidə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən, Heydər Əliyev Fondunun dəstəyi ilə Quba şəhərində “Soyqırımı Memorial Kompleksi” inşa edilmiş, 2013-cü il sentyabr ayının 18-də cənab Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun Prezidenti xanım Mehriban Əliyevanın iştirakı ilə Kompleksin açılışı həyata keçirilmişdir.
Hazırda Soyqırımı memorial Kompleksi erməni vandalizmini özündə əks etdirən yeganə ideoloji məkandır.
Xüsusi memarlıq üslubu ilə inşa edilmiş və müasir standartlara cavab verən Kompleksi istifadəyə verildiyi gündən bu günədək 1 milyondan artıq insan ziyarət etmiş, onlardan 200 mindən çoxu xarici ziyarətçilər olmuşdur. Ziyarətçilərə 4 dildə peşəkar bələdçilik xidməti göstərilir.
Soyqırımı Memorial Kompleksi tarixi məkan olması ilə yanaşı həm də elmi mərkəzdir. Belə ki, mütəmadi olaraq burada soyqırımı hadisələrini geniş auditoriyada təbliğ olunması və tanıdılması məqsədilə müxtəlif tədbirlər, beynəlxalq konfranslar, simpoziumlar və digər tədbirlər təşkil olunur.
Kompleksin əsas missiyası erməni vandalizmini olduğu kimi bəyan etmək, Azərbaycan həqiqətlərini həm yerli, həm də, beynəlxalq səviyyədə təbliğ etmək və dünyanın heç bir yerində bir daha belə halın baş verməməsi üçün insanları maarifləndirməkdir.

Bakının erməni-bolşevik işğalından azad olunmasından 105 il ötür.

1918-ci il sentyabrın 15-də Azərbaycan və türk əsgərləri Bakını bolşevik-daşnak işğalından azad edərək Azərbaycan dövlətinin tarixinə şərəfli gün yazmışlar.
Bununla da müstəqilliyini təmin edən Azərbaycanda ermənilərin və bolşeviklərin Bakı və ətraf rayonlardakı ağalığına son qoyulub.
Azərbaycan və türk əsgərlərinin Bakını düşmən işğalından azad edərək tariximizə yazdıqları bu şərəfli gün həm də Türkiyə- Azərbaycan qardaşlıq münasibətlərinin bariz bir nümunəsidir.

Kanada parlamentinin deputatı Çandra Arya (Chandrakanth Arya), Kanadanın nüfuzlu "Thej.ca" yəhudi media platformasının direktoru Ron Ist (Ron East) və Kanadanın paytaxtı Ottava şəhərində fəaliyyət göstərən "Qarabağ” Azərbaycan məktəbinin təsisçisi Nigar Əliyeva Quba şəhərində "Soyqırımı Memorial Kompleksi"ni ziyarət etmişlər.

Ziyarətçilərə erməni vandallarının 1918-ci ildə törətdikləri vəhşiliklər haqqında ətraflı məlumat verilmişdir.

"Komando” hərbi-idman oyunu adlı düşərgənin istirakçıları Quba şəhərində "Soyqırımı Memorial Kompleksi"ni ziyarət etmişlər.

Gənclər və İdman Nazirliyinin “Komando” hərbi-idman oyunu adlı düşərgənin istirakçıları Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”ni ziyarət etmişlər. Ziyarətçilərə erməni daşnaklarının Azərbaycan ərazisində törətdiyi soyqırımlar haqqında ətraflı məlumat verilmişdir.

Qeyd edək ki, “KOMANDO” hərbi-idman oyunu Quba Olimpiya İdman Kompleksində 6-11 sentyabr 2023-cü il tarixlərində ali və orta ixtisas təhsil müəssisələrinin gəncləri arasında keçirilir.

Oyunlarda Xüsusi Təyinatlı Qüvvələrin ehtiyatda olan hərbi qulluqçuları tərəfindən müxtəlif hərbi təlimlər və hərb oyunları təşkil olunacaq və müxtəlif bölgələri təmsil edən 130 nəfər tələbə birincilik uğrunda mübarizə aparacaq.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 31 avqust 2023-cü il tarixli sərəncamı ilə Quba rayonuna icra başçısı təyin olunmuş İlqar Mahmudov fəaliyyətə başladığı ilk günlərdə Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”ni ziyarət etmiş, 1918-ci il azərbaycanlılara qarşı törədilmiş soyqırımda qətlə yetirilmiş insanların xatirəsinə ucaldılmış Xatirə abidəsinin önünə gül dəstəsi düzmüşdür.

Daha sonra Soyqırımı muzeyini ziyarət edərək Kompleksin fəaliyyəti ilə yaxından tanış olmuşdur.

Dini icma nümayəndələri Quba şəhərində "Soyqırımı Memorial Kompleksi"ni ziyarət etmişlər

Rus Pravoslav kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası, Roma Katolik Kilsəsinin, Gürcü yəhudiləri icmasının, Avropa yəhudiləri icmasının, Dağ yəhudiləri icmasının, Bakı şəhəri Molokan Ruhani icmasının, Bakı şəhəri “Yevangelist Xristian Baptistlərinin kilsəsi” dini icmasının, Bakı şəhəri Yevangelist Məsihi Baptistlərinin “Aqape” dini icmasının nümayəndələri, Bakı şəhəri Nərimanov rayonu “Yeddinci günün adventistləri”, Gəncə şəhəri “Yeddinci günün adventistləri” dini icmasının, Xilaskar Yevangelik-Lüteranların Bakı dini icmasının, Bakı şəhəri “Azərbaycan Bibliya Cəmiyyəti” xristian dini icmasının, Həyatverici Lütf dini icmasının, “Həyat Sözü” dini icmasının, “Həyat Sözü – 2” Sumqayıt xristian dini icmasının, “Yeni Həyat” Xristian İncil dini icmasının, Bakı şəhəri “Alov” xristian dini icmasının, Sumqayıt şəhəri Alov xristian dini icmasının, “Vineyard Azərbaycan” xristian dini icmasının, “Şərqdə Ulduz” Xristian İncil dini icmasının, Azərbaycan Bəhailəri Dini Mərkəzinin, Bakı Krişna Şüuru dini icmasının, “Yeni Apostol” xristian dini icmasının rəhbərləri və üzvləri Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”ni ziyarət etmişlər. Ziyarətçilərə 1918-ci ildə Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində – Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri soyqırımı hadisələri haqqında ətraflı məlumat verilmişdir.
Sonda soyqırımı qurbanlarının xatirəsi dərin hüznlə yad edilərək ruhlarına dualar oxunmuşdur.

Tacikistan Respublikası Ali Məhkəməsi sədrinin birinci müavini Amirxon İşoqinin rəhbərlik etdiyi nümayəndə heyəti Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”ni ziyarət etmişlər.

Tacikistan Respublikasının Prezident Aparatı, Ədliyyə Nazirliyi, Konstitusiya Məhkəməsi, Ali Məhkəməsi, Yuxarı İqtisadiyyat Məhkəməsi və Dünya Bankının məsul əməkdaşlarından ibarət olan nümayəndə heyəti ölkəmizə səfəri çərçivəsində Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”ni ziyarət etmişlər. Ziyarətçilərə Erməni millətçilərinin tarixin müxtəlif mərhələlərində mifik “Böyük Ermənistan” ideyasını gerçəklədirmək məqsədilə soydaşlarımıza qarşı həyata keçirdiyi etnik təmizləmə, deportasiya və soyqırımlar barədə ətraflı məlumat verilmişdir.
Sonda ziyarətçilərə soyqırımı həqiqətlərini özündə əks etdirən bukletlər təqdim edilmişdir.

"Şahbulaq qalası"

1750-1752-ci illərdə Qarabağ xanı Pənahəli xanın istəyi ilə inşa olunmuş Şahbulaq qalası Ağdam şəhəri yaxınlığında Şahbulaq adlı ərazisində yerləşir. Ehtimal olunur ki, qalanın adı da burada yerləşən gursulu bulağın adından – Şahbulağından götürülmüşdür. Şahbulaq qalası Qarabağ xanlığının ərazisində inşa etdirilmiş ikinci qaladır.

Şahbulaq qalası Bayat qalasından öncə Qarabağ xanlığına inzibati mərkəz kimi inşa edilmişdir. Müdafiə tipli tikili olan qala müəyyən bir dövr ərzində yaşayış yeri kimi istifadə olunsa da, sonradan təkcə gözətçi məntəqəsi kimi istifadə olunub. Elmi ədəbiyyatda “Şahbulaq qəsri” adı ilə tanınan abidə, əslində, iri qəsr kompleksinin içqalası olmuş, onun yanında xanın iqamətgahı olmuşdur. Yığcam quruluşlu bu qala düzbucaqlı biçimdədir və onun bayır divarları dairəvi və yarımsilindrik bürclərlə möhkəmləndirilmişdir. Ağdam rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalından sonra Şahbulaq qalası ən çox erməniləşdirilməyə məruz qalan abidələrimizdən biridir. İşğaldan azad olunanadək ermənilər qaladan kilsə kimi istifadə ediblər.
44 günlük müharibədə Ağdam şəhərinin erməni tapdağından azad olunmasından sonra burada bərpa-tikinti işləri aparılır.

Azərbaycana səfəri çərçivəsində bir qrup amerikalı jurnalisti və media eksperti Quba şəhərində "Soyqırımı Memorial Kompleksi"ni də ziyarət etmişlər.

Azərbaycana səfəri çərçivəsində bir qrup amerikalı jurnalisti və media eksperti Quba rayonuna da səfər etmişlər. Səfər çərçivəsində media nümayəndələri Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”ni ziyarət etmişlər. Ziyarətçilərə 1918-ci ildə erməni vandallarının həyata keçirdikləri soyqırımı aktı barədə ətraflı məlumat verilmişdir. Qeyd edək ki, nümayəndə heyətinə ABŞ-nin Yel Univeristetində təhsilini davam etdirən, “Report” İnformasiya Agentliyinin ABŞ bürosunda çalışan azərbaycanlı jurnalist Vüsalə Abbasova, “Arab News”un BMT bürosunun rəhbəri, Əfqanıstan, İraq və Cənubi Livandakı münaqişə bölgələrində dünyanın qabaqcıl media qurumlarının (Fox TV, CNN, Al Jazeera) müharibə müxbiri kimi uzun illər çalışmış Əfram Kosafi, Kolumbiya Respublikasının tanınmış televiziya şəbəkəsinin (Caracol TV and Canal 1) Nyu-York və paytaxt Vaşinqtondakı müxbiri, tanınmış blogger Paola Varqas, “Schirach Report”un təsisçisi və baş redaktoru Paolo von Şiraç, “Anadolu” Agentliyinin ABŞ bürosunun fotojurnalisti, “Turkish Journal”ın təsisçisi Selcuk Acar daxildir.