
2013-cü il 18 sentyabr tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Soyqırımı Memorial Kompleksinin açılış mərasimindəki çıxışından...


Konfrans iştirakçıları ilk olaraq Soyqırımı abidəsini ziyarət edərək 1918-ci ildə qətlə yetirilmiş insanların xatirəsinə ucaldılmış abidənin üzərinə gül dəstələri düzüblər. Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan Memorial Kompleksin direktoru Dr. Rəxşəndə Bayramova soyqırımı cinayətlərinin qarşısının alınması məqsədilə 1948-ci ilin dekabrın 9-da Birləşmiş Millətlər Təşkilatı tərəfindən qəbul edilmiş konvensiya haqqında danışaraq bildirib ki, soyqırımı harada və necə baş verməyindən asılı olmayaraq bəşəri bir cinayətdir. Kompleksin direktoru həmçinin XX əsrin əvvəllərində erməni daşnakları tərəfindən Azərbaycan ərazilərində soyqırımların törədildiyini, on minlərlə günahsız dinc əhalinin qətlə yetirildiyini, həmçinin baş vermiş bu soyqırımı hadisələrinə Ulu Öndər Heydər Əliyevin hakimiyyətdə olduğu dövrdə hüquqi-siyasi qiymət verildiyini bildirib. Daha sonra Quba “ASAN xidmət” mərkəzinin vətəndaşların qəbulu işinin təşkili sektorunun nəzarətçisi Ülvi Məmmədov “Soyqırımların səbəbləri, bəhanələr və gerçəklər” mövzusunda çıxış edib. Kompleksin və xidmət mərkəzinin əməkdaşlarının çıxışları ilə davam edən tədbirin sonunda qonaqlar soyqırımı hadisələri ilə bağlı kitab və bukletlərdən ibarət sərgi ilə tanış olublar.
“Heydər Əliyev ili” və 1918-ci il azərbaycanlıların soyqırımının 105-ci ildönümünə həsr olunmuş konfransda çıxış edən natiqlər Ulu öndər Heydər Əliyevin 1998-ci il 26 mart fərmanı ilə XX əsrin əvvəllərində azərbaycanlılara qarşı törədilmiş soyqırımı hadisələrinə hüquqi-siyasi qiymətin verilməsi və bu soyqırımların ölkə hüdudlarından kənarda tanıdılması istiqamətindəki tarixi fəaliyyəti barədə məlumat veriblər.
Səfir Azərbaycanın tarixi həqiqətləri, son iki əsrdə torpaqlarımızda törədilmiş, nəticədə isə minlərlə sivil və günahsız insanların soyqırımlara məruz qalmasını əks etdirən tarixi sənədlər, fotoşəkillər ilə tanış olmuşdur. Daha sonra səfir muzeyin Xatirə kitabında maarifləndirici ekskursiyanın təşkili üçün minnətdarlığını qeyd etmişdir.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xüsusi sərəncamı ilə fəaliyyətə başlamış Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”ni bu günədək 1 milyona yaxın insan ziyarət etmişdir. Ziyarət edənlərin 170 mindən çoxunu xarici vətəndaşlar təşkil edir. İndiyədək ölkəmizdə fəaliyyət göstərən xarici ölkələrin (İsrail, Amerika Birləşmiş Ştatları, Yaponiya, Koreya, Birləşmiş Ərəb Əmirlikləri və s.) bir çox fövqəladə və səlahiyyətli səfirləri Memorial Kompleksə təşrif buyuraraq 1918-ci ildə azərbaycanlılara qarşı törədilmiş soyqırımların əyani şahidi olublar.
“Heydər Əliyev ili” və 31 mart azərbaycanlıların soyqırımının 105-ci ildönümü ilə əlaqədar Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzində “Ulu Öndər Heydər Əliyevin 1998-ci il 26 mart tarixli azərbaycanlıların soyqırımı haqqında fərmanının tarixi əhəmiyyəti” mövzusunda maarifləndirici tədbir keçirilib.
Təhsil mərkəzinin müəllim və tələbə heyətinin iştirakı ilə keçirilmiş tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və 1918-ci il soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış zamanı natiqlər qeyd ediblər ki, azərbaycanlılara qarşı 1918-ci ildə baş vermiş soyqırımlarla bağlı Ulu Öndər Heydər Əliyev tərəfindən imzalanmış 1998-ci il 26 mart tarixli fərmanla bu hadisələrə siyasi qiymət verilib.
Bildirilib ki, XX əsrdə azərbaycanlılara qarşı törədilmiş soyqırımlara Ulu Öndər tərəfindən siyasi qiymətin verilməsi milli yaddaşın möhkəmləndirilməsində böyük rol oynayıb.
Tədbirin sonunda azərbaycanlıların soyqırımına həsr edilmiş videoçarx nümayiş olunub.
Növbəti tədbir Sumqayıt şəhər 26 №li tam orta məktəbinin müəllim və yuxarı sinif şagirdlərinin iştirakı ilə Heydər Əliyev Mərkəzində keçirilib.Geniş məzmunlu məruzə ilə çıxış edən Kompleks əməkdaşı Səriyyə Abidova tədbir iştirakçılarını soyqırımı hadisələrini əks etdirilən kitab, foto-şəkillər, arxiv sənədlərinin surətləri və digər materiallarla da tanış edib. Məruzəçi qeyd edib ki, Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanını əldə etməsi məhz Ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində olmuşdur. Uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlər açılır, təhrif edilmiş hadisələr özünün əsl qiymətini almışdı. Heydər Əliyev 1998-ci il martın 26-da “31 martı Azərbaycanlıların Soyqırımı günü” kimi qeyd edilməsi haqqında fərman imzalamışdır. Fərman imzalandığı tarixdən etibarən hər il 31 mart azərbaycanlıların soyqırımı günü kimi qeyd edilir və hər azərbaycanlı tərəfindən soyqırımı qurbanlarının xatirəsi ehtiramla anılır.

Qarabağ xanlığının əsasını qoymuş Pənahəli xanın nəslindən olan Behbud xan Cavanşir 1877-ci ildə Tərtər qəzasının Azad Qaraqoyunlu kəndində anadan olub. Alman, ingilis, fransız, rus, gürcü və erməni dillərini mükəmməl bilən Behbud xan 1890-cı ildə alman dili təmayüllü Tiflis Realnı Məktəbinə daxil olmuş, daha sonra Almaniyadakı Frayberq Dağ-Mədən Akademiyasını bitirmişdir.
AXC dövründə, 1918-ci il iyunun 17-də Behbud xan Cavanşir Gəncədə Fətəli xan Xoyskinin yaratdığı II Hökumət kabinetində daxili işlər naziri vəzifəsini tutmuşdur. Nazirliyə rəhbərlik etdiyi dövrdə o, ölkədə anarxiyaya son qoymaq, qanunvericiliyi və vətəndaş təhlükəsizliyini təmin etmək məqsədilə mühüm addımlar atmışdı.
1918-ci il oktyabrın 6-da hökumətin tərkibində kabinetdaxili dəyişikliklərdən sonra da o, bir çox məsul vəzifələrdə çalışmışdır. Eyni zamanda B.Cavanşir Azərbaycan Milli Şurasının Azərbaycan Məclisi-Məbusanının təsisi haqqında qanununa əsasən Cümhuriyyət Parlamentinə üzv seçilmiş, “Müsəlman Xeyriyyə Cəmiyyəti”nin rəhbərlərindən biri, eləcə də Müsəlman Milli Şurası Müvəqqəti İcraiyyə Komitəsinin üzvü kimi fəaliyyət göstərmişdir.
1921-ci il iyulun 18-də Behbud xan Cavanşir “intiqam və düşmənçilik” hisslərini başlıca fəaliyyət prinsipinə çevirmiş erməni terroristi tərəfindən İstanbulda qətlə yetirilmişdir. Erməni xəyanətinə bələd olan Behbud xanın ölüm ayağında olarkən son sözləri belə olmuşdur: “Mənim şəxsi düşmənim yoxdur. Məni ancaq ermənilər vura bilərlər”.