
Qutlu Musa türbəsi

8 Noyabr Azərbaycanın tarixinə silinməz izlərlə yazılmış ,tarixi ədalətin bərpa edildiyi “Zəfər Günü”dür.

Zəfər Günü ərəfəsində Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”ndə təmizlik, ağacəkmə aksiyası keçirilib.
Zəfər Günü ərəfəsində Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”ndə daha bir seminar keçirildi.
Şuşa ili çərçivəsində “Soyqırımı Memorial Kompleksi”ndə tarixi Azərbaycan torpaqları, Qarabağın tarixi, Şuşanın Azərbaycan tarixində rolu ilə bağlı elmi seminarlar keçirilməkdədir. Bu seminarlardan biri də Zəfər Günü ərəfəsində həyata keçirilib, AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun “Beynəlxalq münasibətlər tarixi” şöbəsinin müdiri, tarix üzrə elmlər doktoru, Dövlət mükafat laureatı professor Tofiq Mustafazadə Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”ndə “Qarabağ və İrəvan xanlığının tarixi” mövzusunda məruzə ilə çıxış etmişdir. Qeyd edək ki, Professor T.Mustafazadənin indiyədək 220-dən çox elmi əsəri (o сümlədən 50-dən çoxu xariсdə) və metodik vəsaiti çap olunmuşdur. Onun elmi-tədqiqat fəaliyyəti çoxşaxəlidir. Professor Azərbaycan xanlıqlarının tarixi, erməni saxtakarlığına qarşı mübarizə, ümumi tarixlə bağlı tədqiqat və mənbələrin tərcüməsi ilə məşğuldur. Kompleksdə keçirilmiş seminar zamanı tarixçi professor Qarabağ və İrəvan xanlığının yaranması, inkişafı və xanlıqlar arası münasibətlər və ermənilərin bu torpaqlar köçürülməsinin dövrlərini tarixi faktlarla seminar iştirakçılarının diqqətinə çatdırmışdr. Sonda tarixçi alim müəllifi olduğu kitablardan bir neçəsini Kompleksin nadir fonddan ibarət kitabxanasına hədiyyə etmişdir.
Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri cənab Cahit Bağçının rəhbərlik etdiyi nümayəndə heyəti Quba rayonuna səfər etmişdir. Səfər çərçivəsində qonaqlar Quba şəhərində "Soyqırımı Memorial Kompleksi"ni ziyarət etmişlər.
Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”ndə növbəti onlayn elmi seminar keçirilib.

“2022-ci il Şuşa İli” ilə bağlı 20.10.2022-ci il saat 14:00-tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti və Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin təşkilatçılığı ilə “Qarabağın qədim tarixi və mədəni irsi” adlı onlayn elmi seminar keçirilib. Seminar Kompleksin direktoru Dr.Rəxşəndə Bayramovanın moderatorluğu ilə təşkil olunub. AMEA-nın Qafqazşünaslıq İnstitutu Ermənişünaslıq şöbəsinin müdiri, Azərbaycan Universitetinin, Bakı Dövlət Universitetinin professor Qasım Hacıyev “Qarabağın maddi və mənəvi mədəniyyəti”, AMEA Z.M.Bünyadov adına Şərqşünaslıq institununun böyük elmi işçisi, f.ü.f.d Elnur Mustafayev “Yuxarı Gövhər ağa məscidinə aid epiqrafik abidələrdəki yazıların tədqiqi” adlı məruzələrlə çıxış ediblər. Seminarda Dövlət Xidmətinin tabeliyində olan qoruqların ümumilikdə 60-a yaxın elmi əməkdaşı iştirak edib. Tədbir həmçinin “Facebook” sosial şəbəkəsi üzərindən də canlı yayımlanıb.
Zəngilanın işğaldan azad olunması ilə Azərbaycan-İran sərhədi tam bərpa edilib.

Zəngilan 1988-ci ildən 1993-cü ilin noyabrınadək düşmənə baş əyməyən, yağı hücumlarına sinə gələn, yüzlərlə şəhid verən işğala məruz qalan ən sonuncu rayon olmuşdu. Qonşu Qubadlı və Cəbrayılın işğalı nəticəsində mühasirəyə düşən rayon əhalisi çıxış yolunu Araz çayından İran ərazisinə keçməkdə görmüşdür. Əks təqdirdə ikinci bir Xocalı hadisəsinin baş verməsi qaçılmaz olacaqdı. Zəngilan rayonu 1993-cü il oktyabrın 30-da Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi.
44 günlük Vətən Müharibəsində Müzəffər Ordumuzun qazandığı ən böyük uğurlardan biri də Cəbrayıl rayonunda düşmən qüvvələrinə sarsıdıcı zərbə vurub və 30-dan çox yaşayış məntəqəsinin işğaldan azad etməklə, Zəngilan rayonunun inzibati hüdudlarına çatmasına şərait yaratması oldu. Ordumuz Zəngilanın azad edilməsi uğrunda əməliyyata 18 oktyabr 2020-ci il tarixində başlamışdır.
Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 20 oktyabr 2020-ci il tarixində xalqa müraciətində bildirmişdir ki, Zəngilan şəhəri ilə yanaşı rayonun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndləri , Mincivan, Ağbənd, Bartaz qəsəbələri, Bartaz, Sığırt, Şükürataz və 5 adsız yüksəklikləri, 52 kəndi Ermənistan işğalından azad olunmuşdur. Rəşadətli ordumuz qısa bir müddətdə sadəcə bu ərazini azad etməklə qalmamış, 132 kilometr Azərbaycan-İran sərhədini də bərpa etmişdir.
Elan:

Hörmətli izləyicilər, “2022-ci il Şuşa İli” çərçivəsində 20.10.2022-ci il saat 14:00-tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti və Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin təşkilatçılığı ilə “Qarabağın qədim tarixi və mədəni irsi” adlı onlayn elmi seminar keçiriləcək. Seminarı feysbuk üzərindən də izləmək mümkündür. Tədbirdə iştirak etmək üçün
https://us02web.zoom.us/j/85746132244?pwd=UkZLZm05MzJKSUtPQmRYV0hqTy9PZz09
linkinə daxil ola bilərsiniz.
Quba şəhərində”Soyqırımı Memorial Kompleksi”nin və “Çıraqqala-Şabran” Dövlət Tarix-Mədəniyyət Qoruğunun birgə təşkilatçılığı ilə 18 Oktyabr Müstəqilliyin Bərpası Gününə həsr olunmuş “Müstəqilliyimiz əbədidir, dönməzdir” mövzusunda “Zoom” platforması üzərindən tədbir keçirilmişdir.

Tədbirdə çıxış edən “Soyqırımı Memorial Kompleksi”nin direktor müavini Mehriban Əliyeva məruzəsində 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının qəbul olunması ilə Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi Azərbaycan Respublikasının şərəfli işini ötən 31 il ərzində uğurla davam etdirdiyini, ölkəmizin gündən günə inkişaf etməsini vurğulamışdır.
Bu gün Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd olunur.

Xudafərin körpüsünün işğaldan azad olunmasından 2 il ötür
